Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Dubay yollarına ilk elektrobus çıxır

Noyabr 03
17:02 2014

“Sələf Xəbər” dxb.ru saytına istinadən xəbər verir ki, Dubay avtoparkında bundan sonra elektriklə işləyən yeni ekoloji avtobus görmək olar.

Bu avtobus tam doldurulmuş akkumulyatorlarla 100 km/saat sürəti ilə 200 km məsafə qət edə bilər. Akkumulyatorların 80% doldurulması üçün cəmi 30 dəqiqə bəs edir.

Dubay yol-nəqliyyat komitəsi (RTA) Kommunal xidmətlər tədarükçüsü (DEWA) ilə birgə bu növ avtobusların akkumulyatorları üçün doldurulma stansiyaları hazırlayır.

İlk sınaqlar zamanı elektrik avtobusun akkumulyatoru doldurulmadan işlək vəziyyətdə şəhər rejimində hansı məsafəni gedə biləcəyi, sərnişinlər üçün nə dərəcədə rahat olacağı, akkumulyatorun Dubayın hava şəraitində neçə sikl davam gətirəcəyi, bu növ avtobuslara xidmətetmənin nə qədər bahalı olacağı və s. məsələlər öyrəniləcək.

Sınaq istismarın nəticələrinə əsasən Dubay avtoparkının tədricən elektrobuslara keçidin mümkünlüyünə dair qərar qəbul ediləcəkdir.

Bundan öncə RTA hibrid avtomobillərin taksi kimi testlənməsi aparıb. Avtomobillər öz etibarlılığını sübut edib. Bundan əlavə bu növ avtomobillər 33% daha az yanacaq istifadə edib, bu da o deməkdir ki, onların ətraf mühiti çirkləndirmə faizi 33% az olub.

 Sələf Xəbər: Heç şübhəsiz ki, ətraf mühit də Allahın ən möhtəşəm yaratdıqlarından biridir. Yaşadığımız bu təbiət Allahın bizə əta etdiyi nemətlərdən sayılır. Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Müqəddəs Quran, “Loğman” surəsi, 20-ci ayə).

Biz, insanların verilən bu nemətin qədrini bilməyimiz vacibdir. Nemətdən düzgün istifadə etməmək onun azalmasına və ya tamamilə məhv olmasına gətirib çıxarır. Məsələ bununla da bitmir. Rəbbin nemətinə nankor olanlar Onun qəzəbinə düçar olar.

Uca Allah buyurur: “Allahın nemətinə nail olandan sonra onu dəyişdirənlərə Allah şiddətli əzab verəcəkdir!” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 211-ci ayə).

Dinimiz nəyinki ətraf mühiti qorumağı buyur, əksinə onu daha da yaxşılaşdırmağı insanlara tövsiyə edir.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 680 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN