Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Dubayda evlər enerjini günəş işığından alacaq – FOTO

Sentyabr 11
14:19 2014

“Sələf Xəbər” Gulfnews xəbər portalına istinadən xəbər verir ki, Dubay evləri və iş yerlərinin günəş enerjisi ilə təmin olunması ilə bağlı əsasnamə yekun mərhələdədir.

Resursları müxtəlifləşdirmək strategiyasının bir hissəsi kimi, Dubay hal-hazırda qaz turbinlərindən asılı olan əsas enerji sistemini daha çox günəş enerjisi ilə təmin etməyi planlaşdırır. Buna nail olunduqda, elektrik enerjisinin qiyməti əhəmiyyətli dərəcədə aşağı salına bilər. Lakin, bu məsələyə sistem istifadəyə hazır olduqdan sonra yekun vurulacaq.

Günəş enerjisi şəhərin enerjiyə olan tələbatını qarşılamağa kömək edəcək və şəhər tükənən enerji mənbələrindən daha az istifadə etmiş olacaq. BƏƏ-nin aydın səması günəş şüası və ya günəş radiasiyası ilə zəngindir və elektrik enerjisinin əldə olunması üçün son zamanlar geniş şəkildə istifadə olunur.

Növbəti 16 ildə Dubay qaz istifadəsini 71% azaltmağı və enerji mənbələrini qarışdırmaqla, 12% nüvə enerjisindən, 12% saf kömür və 5% günəş enerjisindən istifadə etməyi planlaşdırır. Bu, Dubay İnteqrasiya edilmiş Enerji Strategiyası 2030 layihəsinin bir hissəsi kimi qarşıya qoyulmuş hədəfdir.

Dubay Elektrik və Su Birliyinin (DESB) icraçı direktoru Səid Məhəmməd əl-Tayer bildirib ki, evlərin və kommersiya cihazlarının günəş enerjisi ilə təmin olunmasına dair əsasnaməyə yekun vurulmaq üzrədir. “Biz əsasnamənin qaralama variantını bitirmək üzrəyik, hal-hazırda yekun mərhələdəyik” – əl-Tayer bildirib.

O, layihə barədə şərhlərini Əmirliklərin Enerji Mükafatı 2014-15 mərasiminin açılış mərasimində bildirmişdir.
Onun sözlərinə əsasən, artıq 20 meqavatdan çox elektrik enerjisi əsas şəbəkə ilə əlaqələndirilmiş 2 günəş enerjisi qurğusu vasitəsilə təmin edilir.

Bu ilin avqust ayında DESB Məhəmməd bin Raşid əl-Məktum Günəş Parkı layihəsinin 100 meqavatlıq II Mərhələsi olan, 2030-cu ilə qədər 200 min evin elektrik enerjisi ilə təmin edilməsi məqsədilə planlaşdırılmış 1000 meqavatlıq layihə üçün tender elan edib.

Oksford Biznes Qrup şirkətinin “Report 2014 Dubai” hesabatına əsasən, Günəş Parkından əlavə, enerji ehtiyacını ödəmək məqsədilə, DESB-nin evlər və iş yerləri üçün damüstü günəş panellərinə olan yerli tələbatı ödəyəcəyi gözlənilir.

Hesabatda qeyd olunub ki, Dubayda fotoelektrik texnologiyasının qiyməti 2020-ci ilə qədər “normallaşa” bilər.
Cənab əl-Tayer onu da bildirib ki, əsasnamə hazır olduqdan sonra, “bu, insanları günəş enerjisindən faydalanmağa təşviq edəcək. [Dubay] hökumətinin planı budur”.

O əlavə edib: “Əlbəttə, DESB-nin öz texniki məsələləri, spesifikasiyaları və dizaynları var. Biz [günəş enerjisini] paylama şəbəkəsinə qoşulacağıq; ilk növbədə təhlükəsizlik tam təmin olunmalıdır”.

📷

sx-news-551a

📷

sx-news-551b

 

 Sələf Xəbər: Uca Allah buyurur: “O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır.” (Müqəddəs Quran, “Nəhl” surəsi, 12-ci ayə)

“Allah istəmişdir ki, gecə və gündüz, günəş və ay və həmçinin ulduzlar sizə xeyir versin və sizin mənafelərinizə xidmət etsin. Bu isə o deməkdir ki, siz onlarsız keçinə bilməzsiniz. Siz gecə vaxtı istirahət edir, dincəlir və yatırsınız, gündüz isə öz işlərinizin dalısınca gedərək, dünyəvi həyatınızı sahmana salmağa və dininizə fayda verməyə cəhd göstərirsiniz.

Günəş və ay sizi işıq və şüaları ilə təmin edir və onların əsasında ağaclar gül açır, meyvələr yetişir, otlar və kollar boy atır, həm yerə və həm də məxluqlara ziyan vuran nəmişlik yox olur və soyuqlara son qoyulur. Yer üzündə həyatın onlarsız mümkün olmayacağı bu və çoxlu digər proseslər günəş və ayın varlığına möhtacdır. Bu iki səma cismi və habelə çoxsaylı ulduzlar göylərin yaraşığıdır və yerə qaranlıq çökəndə onlar insanlara quruda və dənizdə doğru yol göstərirlər.

Onların sayəsində insanlar vaxtı dəqiq təyin edir və tarixi bilirlər. Bu məxluqlarda böyük sayda əlamətlər tapmaq olar ki, Allah onları anlayan insanlar üçün dəlillər adlandırmışdır. Belə insanlar, ağıllarını öz varlığının mənası üzərində və ətraflarında gördüklərinin, eşitdiklərinin üzərində düşünmək üçün istifadə edirlər. Onlar ətraf aləmə ağıldan məhrum olan heyvanların gözü ilə baxan laqeyd cahillərə bənzəmirlər. (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3020. 121 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN