Əfqanıstan səfiri əlaqələrin genişləndirilməsinə səy göstərəcək
777 dəfə baxılıb
İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Əfqanıstan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Təqi Xəlilini qəbul edib.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Ş.Mustafayev səfir təyin olunması münasibətilə M.T.Xəlilini təbrik edib, Azərbaycan və Əfqanıstan arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu vurğulayıb, iqtisadi əlaqələrin inkişafı üçün imkanları diqqətə çatdırıb.
Diplomat səfir kimi ölkəmizə təyin olunmasından məmnunluğunu ifadə edib, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcəyini bildirib.
Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Hucurat” surəsi, 13 -cü ayə)
“Allah-Təala xəbər verir ki, Adəmin bütün nəsilləri vahid bir mənşəyə malikdirlər. Onların hamısı bir insan nəslinə mənsubdurlar və bir kişi və bir qadından – Adəm və Həvvadan törədilmişlər. Allah onlardan çoxsaylı kişi və qadınlar yaratmış, onları yer üzündə yerləşdirərək, çoxsaylı xalqlara, azsaylı qəbilələrə çevirmişdir ki, onlar bir-birilərini tanısınlar. Bunun sayəsində insanlar bir-birilərinin hesabına çoxlu yeniliklər öyrənir, bir-birilərinə kömək edir, bir-birilərindən onlara əvvəl məlum olmayan şeyləri mənimsəyirlər”. (Bax: “Təfsir Əs-Saadi”)