Əhməd Davudoğlu: “Türkiyə və Azərbaycan regionun yüksələn iki ölkəsidir”
812 dəfə baxılıb
“APA-Economics”in “TRT Haber”ə istinadən xəbərinə görə, Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin tikintisi üçün boruların tədarükünə dair müqavilənin imzalanması mərasimi keçirilib.
“Trans-Anadolu qaz boru kəməri (TANAP) Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğunu göstərən əyani nümunədir. Bir çox ölkələrdə problemlər yaşanarkən, Türkiyə və Azərbaycan regionun yüksələn iki ölkəsidir”, Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.
Türkiyənin istehlakçı ölkə olmaqla yanaşı, tranzit bir ölkə olacağını və 2019-cu ildən etibarən Avropaya təbii qaz nəqlini reallaşdıracağını qeyd edən Ə.Davudoğlu qeyd edib ki, Azərbaycanla Türkiyənin coğrafiyası, enerji potensialı bir-birini tamamlayır: “İstehsalın 80%-i Türkiyə şirkətləri tərəfindən həyata keçiriləcək. Bu, türk sənayesinin yüksəldiyi yeri nümayiş etdirmək baxımından diqqətçəkən məqamdır.
Bu layihə təkcə təbii qaz layihəsi olmayacaq. Xəzər dənizindən Avropaya qaz nəql edən layihə Türkiyə ilə Yunanıstan əlaqələrini də genişləndirəcək”.
Layihəni Qafqazla Balkan ölkələri arasında sülh körpüsü kimi təqdim edən Türkiyənin baş naziri “Yaşasın Azərbaycan-Türkiyə dostluğu!” ifadəsini də işlədib.
“Möminlər, həqiqətən də qardaşdırlar.”
Qurani Kərim, “Hucurat” surəsi, 10-cu ayə