Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limit artırılıb

Dekabr 23
16:48 2016

Azərbaycanda elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limit artırılıb. Selefxeber.az-ın məlumatına görə “APA-Economics” xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə iqtisadiyyat naziri Şahin Mustafayev Tarif Şurasının bu gün keçirilən növbədənkənar iclasından sonra bildirib.

Onun sözlərinə görə, bu qərar ölkə başçısı İlham Əliyevin (Allah onu qorusun) müvafiq tapşırığı əsasında qəbul olunub.

Belə ki, təbii qazın pərakəndə satış tarifinə görə, əhali üzrə illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrədək artırılıb.

Başqa sözlə, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Bundan başqa, əhali üzrə aylıq elektrik enerjisi istehlakı üzrə limit 250 kilovat-saatdan 300 kilovat-saatadək artıb.

Sadə dillə desək, elektrik enerjisinin pərakəndə satış tarifi əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Bununla da, son tarif tənzimlənməsindən sonra ödənişlərində artım olmayan əhali abonentlərinin sayı təbii qaz üzrə 62%-dən 75%-dək, elektrik enerjisi üzrə isə 72%-dən 80%-dək yüksəlmiş olur.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 543 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN