Elektron kənd təsərrüfatı sistemi yaradılacaq
960 dəfə baxılıb
Üç il ərzində Azərbaycanda elektron kənd təsərrüfatı sistemi yaradılacaq.
“Sələf Xəbər”-in Trend-ə istinadən məlumatına görə, bu barədə Azərbaycan Nazirlər Kabinetinin təsdiqlədiyi “Elektron kənd təsərrüfatı” informasiya sistemindən istifadə Qaydaları”nda deyilir.
Sistem üç il müddətində mərhələli şəkildə yaradılacaq.
Qaydalara əsasən “Elektron kənd təsərrüfatı” sisteminin yaradılması kənd təsərrüfatı sahəsində səmərəli fəaliyyəti, məlumatların təhlükəsizliyini, şəffaflığı və hesabatlılığı təmin edəcək.
Elektron kənd təsərrüfatının strukturuna torpaq sahələrinin eyniləşdirməsinin alt sistemi, kənd təsərrüfatı məhsullarının istehsalçılarının (fermerlərin) qeydiyyatının alt sistemi, subsidiya vermənin, bəyanatların idarə edilməsinin alt sistemi, analiz və hesabın alt sistemi daxil ediləcək, həmçinin heyvanların qeydiyyatı və eyniləşdirilməsi sistemləri, icarə əməliyyatlarının avtomatlaşdırması, kənd təsərrüfatı texnikasının, kənd təsərrüfatının subyektlərinin monitorinqinin qeydiyyatı və kənd təsərrüfatı bazarı haqqında informasiya sistemlərini özündə birləşdirəcək.
Sələf Xəbər: Uca Allah buyurur: “(O mərhəmətli) Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi; (Müəyyən edilmiş yolla) daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur.” (Qurani-Kərim, “İbrahim” surəsi, 32-34-cü ayələr)
“O, çayları yer üzərində axmağa məcbur edir ki, insanlar öz əkin sahələrini suvarsınlar, heyvanlarını sulaya bilsinlər və öz susuzluqlarını aradan qaldırmağı təmin etsinlər. Bununla yanaşı, O, günəşi və ayı yaratmışdır və onlar da bir an belə fasilə vermədən insanların mənafeyinə xidmət edir və öz orbitləri üzrə hərəkət edir. Bunun sayəsində qullar ilin hesabını bilir, öz sağlamlıqlarına baxır, öz heyvanlarının, əkinlərinin və meyvə bağlarının qayğısına qalırlar”. (Bax “Təfsir Əs-Saadi”)