Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Ələt qəsəbəsində aeroport inşa olunacaq

Oktyabr 08
15:01 2014

“Sələf Xəbər”-in AzərTAc-a istinadən məlumatına görə, gələcəkdə Ələt qəsəbəsində yeni aeroportun, dəmir yolunun inşası, avtomobil nəqliyyatının inkişafı bu qəsəbənin şəhərə çevrilməsinə zəmin yaradır.

Bu sözləri AzərTAc-a müsahibəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev söyləyib.

Qaradağ rayonu ərazisində Bakı Dərin Özüllər Zavodunun, Səngəçal terminalının, sement zavodunun və digər sənaye müəssisələrinin fəaliyyət göstərdiyini vurğulayan şöbə müdiri, Ələt qəsəbəsində inşa olunan Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətini də xüsusi qeyd edib. O deyib ki, qəsəbə gələcəkdə ayrıca şəhər kimi inkişaf edəcək. Çünki Ələtdə Beynəlxalq Dəniz Ticarət Limanının salınması, logistik mərkəzin formalaşması istər-istəməz onun ayrıca şəhər kimi idarə olunmasını zərurətə çevirəcək.

C. Qocayev deyib ki, Ələt qəsəbəsində inşası nəzərdə tutulan aeroport bir neçə məsələni həll edəcək. Bu, həm sərnişin, həm də yükdaşımada paytaxtın üzərinə düşən yükü azaldacaq.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 665 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN