Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Elman Rüstəmov: “Azərbaycanda üçüncü devalvasiya olmayacaq”

Fevral 26
18:25 2016

“Azərbaycanda üçüncü devalvasiyanın olmasına heç bir fundamental əsas yoxdur”.

“Sələf Xəbər” Trend-ə istinadən məlumat verir ki, bu barədə jurnalistlərə açıqlamasında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Azərbaycanda 3-cü devalvasiyanın olub-olmaması məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, neftin qiymətləri aşağı səviyyədə də olsa müəyyən bir stabillikdədir: “Bu yaxınlarda dövlət büdcəsi təsdiq olundu və dövlət büdcəsində realistik neft qiymətləri qoyuldu. Ona uyğun olaraq Neft Fondundan transferlərin həcmi müəyyənləşdi. Bütövlükdə ölkəyə gələn idxalın optimallaşmasını hiss edirik. Artıq ilk gömrük statistikası var, yanvar və fevral aylarına diqqətlə baxacağıq. Biz görürük ki, bütövlükdə ölkənin xarici ticarət balansı da stabilləşməyə doğru gedir. Bu bizə imkan verir ki, bütövlükdə valyuta bazarında stabillik yaradaq və manatın üzən diapazonda dayanıqlı məzənnəsini tapaq”.

Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)”. (Qurani-Kərim, “Hud” surəsi, 6-cı ayə)

“Uca Allah yer üzündə yaşayan, istər insanlar və ya heyvanlar olsun, quruda və ya suda yaşayanlar olsun, bütün canlı məxluqlarını ruzi və maddi nemətlərlə təmin etməyi Öz öhdəsinə götürmüşdür. Onların hamısı ruzisini Allahdan alırlar. Ona məxluqlarının məskunlaşdığı və yaşadığı yerlər və həmçinin onların gedib-gəldikləri yerlər məlumdur. Onların yerdə yaşayışının bütün təfərrüatı Mühafizə olunan Lövhədə yazılmışdır. Onda səmalarda və yerdə baş verməli olacaq bütün hadisələrə aid biliklər öz əksini tapmışdır. Bütün bunlar əzəldən Allaha məlum idi və yazı qələmi ilə qeyd olunmuşdur. Allah istəmişdir ki, hər şey məhz olacağı kimi baş versin və hər bir məxluq ruzisini tam ala bilsin. Bu isə o deməkdir ki, məxluqların ürəkləri Rəbbə təvəkkül etməlidir, çünki O, onları maddi nemətlə təmin etməyi öhdəsinə götürmüş və onların barəsində hər şeyi və onların hər birinin keyfiyyətini bilir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 673 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN