“Enerjidən səmərəli istifadə edək” devizi altında keçirilən beynəlxalq müsabiqənin qalibləri mükafatlandırılmışlar
1. 136 dəfə baxılıb
Bakı, 24 iyun (AzərTAc). Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) Norveç Təbiəti Mühafizə Cəmiyyətinin (SPARE) enerji və resurslardan istifadə üzrə Beynəlxalq məktəbli proqramı çərçivəsində Azərbaycan Gənclər İttifaqı (AGİ) ilə əməkdaşlığı davam edir.
Dövlət Agentliyindən AzərTAc-a bildirmişlər ki, əməkdaşlıq çərçivəsində bu günlərdə Qax şəhərindəki 2 nömrəli orta məktəb-liseydə “Enerjidən səmərəli istifadə edək” devizi altında beynəlxalq müsabiqə keçirilmişdir. Müsabiqə çərçivəsində Bakı, Sumqayıt şəhərləri, Qax rayonu ümumtəhsil məktəbləri şagirdlərinin enerjiyə qənaət və enerjidən səmərəli istifadə sahəsində irəli sürdükləri təşəbbüslər, hazırladıqları maketlər nümayiş etdirilmişdir. Qaliblərə Dövlət Agentliyi adından qiymətli hədiyyələr təqdim olunmuşdur.
Məlumatda, həmçinin bildirilir ki, SPARE layihəsi ölkəmizdə 1996-cı ildən həyata keçirilir. Hazırda 17 ölkə bu proqramın iştirakçısıdır.
Sələf Xəbər: Uca Allah buyurur: “Lakin (malını) lazım olmayan yerə sərf etmə. Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur”.(Müqəddəs Quran, “İsra” surəsi, 26-27-ci ayələr).