Ərdoğan: “Azərbaycan Avropanın təbii qaz ehtiyacının ödənilməsinə töhfə verəcək”
781 dəfə baxılıb
“Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz təkcə Türkiyənin təbii qaza olan ehtiyacını ödəməyəcək.
Eyni zamanda “Şahdəniz” Avropa İttifaqı ölkələrinin də təbii qaza olan ehtiyacını ödəməyə töhfə verəcək.
“Sələf Xəbər”-in APA-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyə dövlətinin başçısı Rəcəb Tayyip Ərdoğan Beynəlxalq Yanacaq və Təbii Qaz Strategiyaları Simpoziumu münasibətilə keçirilən mərasimdə çıxışı zamanı deyib.
Türkiyə prezidenti, həmçinin, təbii qaz sektorunda 2007-ci ildə Bakı-Tilfis-Ərzurum təbii qaz boru xəttinin və Türkiyə-Yunanıstan təbii qaz birləşdiricisinin fəaliyyətə başladığını xatırladıb.
Ərdoğan, həmçinin, bildirib ki, Türkiyə Azərbaycanla 2018-ci ildən başlayaraq 6 mlrd. kubmetr təbii qazın ölkəsinə tədarükünü nəzərdə tutan bir anlaşma imzalayıb. Bundan başqa, prezident illik 10 mlrd. kubmetr Azərbaycan qazının inşa ediləcək yeni bir boru xətti ilə Türkiyədən Avropaya nəqli üçün TANAP layihəsi ilə əlaqədar anlaşmaların da əldə olunduğunu qeyd edib.
“TANAP-ın əsas boru xətlərinin alış-satışına dair anlaşmalar da oktyabr ayında Türkiyədə imzalandı. Bu anlaşma nəticəsində təxminən 1 800 kilometrlik əsas boru xəttinin tədarükünün 80%-nı yerli polad istehsalçısı türk firmaları həyata keçirəcək”, – deyə Türkiyə dövlət başçısı R. T. Ərdoğan bildirib.
“Sizə verilən nemətlərin hamısı Allahdandır”.
Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə