Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Ərəblər İmişlidə Kənd təsərrüfatını inkişaf etdirəcək

Oktyabr 23
17:25 2015

Rayonun icra başçısı danışdı.

2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri İmişli rayonunda olub və rayonda kənd təsərrüfatının inkişafı sahəsində mühüm işlər görəcəklərini bildiriblər.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İmişlidə keçirilən iclasda rayonun icra başçısı Vilyam Hacıyev bildirib.

“Belə ki, onlar rayon ərazisində Kənd təsərrüfatının inkişafı istiqamətində bir sıra zavodların tikintisi, heyvandarlığın inkişafı ilə bağlı layihələr də artıq reallaşmaq üzrədir” – deyə, V. Hacıyev qeyd edib.

Onun sözlərinə görə, Belçikalı sahibkarlar rayonda “Şüşə”, “Günəş batareyaları” zavodlarının tikintisini planlaşdırıblar:

“2014-cü ilin iyun ayından etibarən Belçikanın Lommel şəhəri ilə İmişli rayonu arasında qardaşlaşmış şəhər memorandumu imzalanıb. Belçikanın dövlət nümayəndələri bir neçə dəfə İmişli rayonunda olub və müəyyən layihələrin həyata keçirilməsi planlaşdırılıb.

Nəzərdə tutulmuş layihələr çərçivəsində İmişli rayonunda “Holland Pendiri süd və süd məhsulları” zavodunun tikintisi artıq reallaşmaq üzrədir. Bundan əlavə Belçikalı sahibkarlar İmişli rayonunda “Şüşə”, “Günəş batareyaları” zavodlarının tikintisini planlaşdırılıb”.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.” (Müqəddəs Quran, “Hucurat” surəsi, 13 -cü ayə)
“Allah-Təala xəbər verir ki, Adəmin bütün nəsilləri vahid bir mənşəyə malikdirlər. Onların hamısı bir insan nəslinə mənsubdurlar və bir kişi və bir qadından – Adəm və Həvvadan törədilmişlər. Allah onlardan çoxsaylı kişi və qadınlar yaratmış və onları yer üzündə yerləşdirərək, çoxsaylı xalqlara və azsaylı qəbilələrə çevirmişdir ki, onlar bir-birilərini tanısınlar. Bunun sayəsində insanlar bir-birilərinin hesabına çoxlu yeniliklər öyrənir, bir-birilərinə kömək edir, bir-birilərindən onlara əvvəl məlum olmayan şeyləri mənimsəyirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 500 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN