“Erməni diasporu Bakı-Tbilisi-Qars layihəsinə maneə olmağa çalışır”
784 dəfə baxılıb
“Erməni diasporu tərəfindən Bakı-Tbilisi-Qars (BTQ) layihəsinə çoxlu maneələr olub və bu vəziyyət davam edir”.
“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “The Business Year” jurnalına müsahibəsində deyib.
“Biz Azərbaycan şirkəti olaraq bu dəmir yolunun inşasına başlayanda Ermənistanın Bakı-Tbilisi-Qars layihəsindən kənarda qalacağı ilə bağlı narazılıqlar var idi”, – deyə C. Qurbanov əlavə edib.
Layihənin icra vəziyyətindən söz açan sədr qeyd edib ki, Gürcüstanda 183 km uzunluğunda dəmir yolu xəttində işlər başa çatıb: “Hazırda layihənin xırda detalları üzərində işlər başa çatmaq üzrədir. Beləliklə, 2016-cı ilin sonuna Gürcüstan tərəfində işlər başa çatdırılacaq. Bundan sonra Türkiyədə işlərin başa çatdırılması qalır”.
Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)