Fermerlər problemin həllini “Fermer evləri”ndə tapacaqlar
795 dəfə baxılıb
“Azərbaycanda fermerlərin informasiya məsləhət xidmətini təmin etmək üçün “Fermer evləri” yaradılacaq”.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu jurnalistlərə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.
İ. Quliyevin sözlərinə görə, ilk olaraq pilot layihə kimi “Fermer evi” Qubada təşkil olunub.
“Quba regionunda nümunəvi “Fermer evi” təşkil olunub. Bu “Fermer evi”nin təşkil olunmasında əsas məqsəd fermerin qarşılaşdığı hər hansı bir problemin həllini tapmasıdır. Belə ki, fermer “Fermer evi”ndə çalışan mütəxəssislərə müraciət etməklə onların köməkliyi ilə qarşılaşdığı probleminin həllini tapa biləcək”, – deyə nazir müavini bildirib.
Sələf Xəbər: Uca Allah buyurur: “(O mərhəmətli) Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi, (Müəyyən edilmiş yolla) daim hərəkət edən günəşi və ayı sizə tabe etdi, gecəni və gündüzü sizə ram etdi. O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur”. (Qurani-Kərim, “İbrahim” surəsi, 32-34-cü ayələr)
“Uca Allah ayədə bildirir ki, O, göylərin və yerin əhatəolunmaz ölçülərinə baxmayaraq, onların Vahid Xaliqidir. O, buludları yağış yağdırmağa məcbur edir və bunun sayəsində yer üzündə çeşidli bitkilər bitir. Bu bitkilər insanlar üçün yemək, ev heyvanları üçün isə yem kimi istifadə edilir. Allah insanlara gəmi düzəltməyi öyrətmiş, buna görə onlara güc və bacarıq bəxş etmişdir. O, çayları yer üzərində axmağa məcbur edir ki, insanlar öz əkin sahələrini suvarsınlar, heyvanlarını sulaya bilsinlər və öz susuzluqlarını aradan qaldırmağı təmin etsinlər. Bununla yanaşı, O, günəşi və ayı yaratmışdır və onlar da bir an belə fasilə vermədən insanların mənafeyinə xidmət edir və öz orbitləri üzrə hərəkət edir. Bunun sayəsində qullar ilin hesabını bilir, öz sağlamlıqlarına baxır, öz heyvanlarının, əkinlərinin və meyvə bağlarının qayğısına qalırlar”. (Bax: “Təfsir Əs-Saadi”)