Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Gələn il Azərbaycanda İslam bankı fəaliyyət göstərə bilər

Fevral 19
17:55 2016

Hazırda hökumət yeni bankın yaradılması ilə bağlı qanunvericiliyi nəzərdən keçirir.

Gələn ilin əvvəlində Azərbaycanda ilk müstəqil İslam bankı açıla bilər.

“Sələf Xəbər” “Report”a istinadən xəbər verir ki, hazırda ölkə hökuməti (işçi qrupu formatında) yeni bankın yaradılması ilə bağlı qanunvericiliyi nəzərdən keçirir.

Azərbaycan, Qazaxıstan və Tacikistan şəriət qaydaları əsasında bank yaratmaq istəyən MDB ölkələri sirasındadır və onlara mərkəzi ofisi Ciddədə (Səudiyyə Ərəbistanı) yerləşən İslam İnkişaf Bankı dəstək verir.

Azərbaycan Beynəlxalq Bankı nəzdində fəaliyyət göstərən və ötən ilin oktyabrında fəaliyyəti dayandırılan İslam bankçılığı Departamentinin keçmiş rəhbəri və yeni layihə ilə bağlı yaradılan işçi qrupunun üzvü Behnam Qurbanzadə deyib ki, hazırda hökumət İslam İnkişaf Bankı ilə birlikdə qanunvericilik üzərində işləyir.

“Bankın adı qarşıdakı iki ay ərzində açıqlanacaq. Bu gün bazarda uzunmüddətli maliyyələşməyə ehtiyac var, bu, kredit və borcdan fərqli olaraq investisiya və əməkdaşlığa əsaslanmalıdır”, – deyə B.Qurbanzadə əlavə edib.

Sələf Xəbər: Müsəlmanların sələmçilik elementindən azad banklar və müxtəlif maliyyə alətləri yaratmağa cəhd etmələri faktı, bütövlükdə, sevindiricidir. Lakin İslam bankinqi və İslam maliyyələri öz inkişafının hələlik ilkin mərhələsində olduğuna görə, bu və ya digər bank ilə hər hansı maliyyə əməliyyatı aparmazdan əvvəl, insan ayrıca bu əməliyyatın mahiyyətini anlamalı, sonra isə bu bankla və ya maliyyə institutu ilə iş aparmağın halal olduğuna qəti əmin olmaq üçün İslami ticarət-maliyyə münasibətləri üzrə ekspertlə məsləhətləşməlidir.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 606 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN