Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Gürcüstandan gələn avtomobillər üçün depozit ləğv ediləcək

Dekabr 30
15:39 2015

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

“Gürcüstandan Azərbaycana gələn avtomobillərə görə tələb olunan gömrük depozitlərinin aradan qaldırılması istiqamətində müzakirələr aparılır”.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

DGK sədrinin sözlərinə görə, bu məsələ ölkə başçısı İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində bu ölkədə yaşayan azərbaycanlılar tərəfindən qaldırılıb.

“Bu, məcburi atılan bir addım idi. Bu sahədə artıq Sərhəd Qoşunlarının komandanlığı ilə razılaşmalar əldə olunub. Ümid edirik ki, 15-20 gündən gec olmayaraq depozit məsələsinin aradan qaldırılması istiqamətində razılıq əldə olunacaq”, – deyə A. Əliyev bildirib.

Qeyd edək ki, Gürcüstandan Azərbaycana müvəqqəti gətirilən nəqliyyat vasitələrinə görə gömrük ödənişlərinin həcminə ekvivalent məbləğdə pul vəsaiti depozit hesaba qoyulmalıdır.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 675 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN