İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Ərdoğana görə qiymətləri aşağı salıb- Cədvəl
1. 134 dəfə baxılıb
Azərbaycan gəmiçilik tariflərini azaldıb.
“Sələf Xəbər” bildirir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, Türkiyədən Qazaxıstan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər üzərindən marşrutda əlverişli şəraitin yaradılması ilə əlaqədar, Prezident İlham Əliyevin (Allah onu İslam üzərində sabit etsin) müvafiq göstərişlərini rəhbər tutaraq, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycandan Qazaxıstana dəniz yolu ilə daşıma tariflərinə 20%-ə qədər endirim tətbiq edir.
Yeni tarif sürücü ilə birlikdə 1 standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Aktau və ya Aktau-Bakı) daşınması üçün 1,200 ABŞ dolları məbləğində müəyyənləşdirilir. Geri dönüş üçün bilet öncədən alındığı halda, bu tarif hər iki istiqamətə bir qədər də aşağı, cəmi 2,100 ABŞ dolları təşkil edəcək.
QSC bildirir ki, Bakı-Aktau və Aktau-Bakı istiqamətlərində daşımalar Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanından aparılır.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah-Təala Qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah-Təala da onun işini dünyada və axirətdə asanlaşdırar. Uca Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar”. (Müslim, 4/ 2074/№ 2699)