Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qorusun) Gəncə üçün 10 milyon manat ayırıb

Oktyabr 22
13:54 2014

“Sələf Xəbər”-in AzərTAc-a istinadən xəbərinə görə, dünən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev (Allah onu qorusun) Gəncə şəhəri ilə bağlı iki sərəncam imzalayıb.

Birinci sərəncam Gəncə şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsini nəzərdə tutur. Bu məqsədlə Gəncə Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb. Maliyyə Nazirliyi sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin edəcək.

Qeyd edək ki, son illərdə Gəncə şəhərində zəngin tarixi-mədəni və milli memarlıq ənənələri qorunub saxlanılmaqla şəhərsalma, istirahət-turizm infrastrukturunun yeniləşdirilməsi sahələrində mühüm tədbirlər həyata keçirilmişdir.

Dövlət başçısının digər sərəncamı ilə Gəncə şəhərini Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı, Cavad xan qəsəbələri ilə birləşdirən avtomobil yollarının tikintisinin davam etdirilməsi üçün dövlət büdcəsindən Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, Gəncə şəhərinin Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı və Cavad xan qəsəbələrində 35 000 nəfər əhali yaşayır. Adıçəkilən qəsəbələri şəhər ilə birləşdirəcək avtomobil yollarının ümumi uzunluğu 21 kilometrdir.

“Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”.

Müqəddəs Quran, “Bəqərə” surəsi, 215-ci ayə

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 623 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN