Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

İndoneziya ölkəmizə investisiya qoya bilər

Mart 29
17:13 2016

Energetika nazirinin müavini Natiq Abbasov və İndoneziyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hüsnan Fanani, eləcə də İndoneziyanın Xarici İşlər Nazirliyinin analitiklərindən ibarət nümayəndə heyəti arasında görüş keçirilib.

“Sələf Xəbər” Axar.az-a istinadən bildirir ki, nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan və İndoneziya arasında enerji əməkdaşlığının tədqiqi, Azərbaycanın enerji sektoruna sərmayə qoyuluşu imkanları və təcrübə mübadiləsi kimi məsələlər ətrafında müzakirələr aparılıb.

Natiq Abbasov Azərbaycanın öz enerji təhlükəsizliyini tam təmin etdiyini, neft-qazla yanaşı, həm də elektrik enerjisi ixrac edən ölkəyə çevrildiyini diqqətə çatdırıb. Bildirib ki, bu gün Azərbaycanın təşəbbüsü ilə nəinki regionun, hətta Avropa qitəsinin enerjiyə tələbatının təmin olunması üçün nəhəng layihələr reallaşdırılır. Nazir müavini SOCAR-ın (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) İndoneziyada müxtəlif layihələr həyata keçirdiyini xatırladaraq bildirib ki, Azərbaycan İndoneziya ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

İndoneziya nümayəndə heyətinin üzvləri ölkələrinin neft sahəsinə investisiya qoyuluşu, qaz idxalı və ixrac edilən neftin həcminin artırılmasına maraq göstərdiyini, mövcud imkanlar çərçivəsində bu məsələlərin reallaşma perspektivlərini diqqətə çatdırıblar.
Natiq Abbasov enerji əməkdaşlığının genişləndirilməsi üçün “ Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında energetika və mineral ehtiyatlar sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanmasının vacibliyini qeyd edib. Bildirilib ki, İndoneziya tərəfi layihəyə son təkliflərini göndərib və hazırda sənəd üzərində hazırlıq işləri yekunlaşmaq üzrədir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 646 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN