Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

İqtisadi cihad: Dövlət bankları İslam qaydalarına riayət edir

İyul 04
13:39 2015

Malayziyadakı dövlət banklarından biri islam bankına çevrilərək şəriət tələbləri çərçivəsində fəaliyyət göstərəcək.

Malaziya hökümətinə aid olan və ölkənin Maliyyə Nazirliyi himayəsində fəaliyyət göstərən Agrobankın ölkə daxilində 190 filialı və 3400 işçisi var. Bank öz adına uyğun olaraq, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir.

“Sələf Xəbər”in İslamnwes.ru-ya istinadən məlumatına əsasən, Agrobankın islam bankına çevrilməsi ilə əlaqədar olaraq 30 iyun tarixində “İslamda iqtisadi cihadın saxlanması ” adlı forum çərçivəsində tədbir keçirilib.
Qeyd etmək lazımdır ki, son illərdə ənənəvi bankların və bank şöbələrinin islam bankçılığına çevrilməsi halları artıb.
Xatlrladaq ki, 2002-ci ildə Pakistanda fəaliyyət göstərən böyük bir islam bankı Fransanın Societe Generale adlı yerli filialını əldə edərək onu islamlaşdırmışdı.

Sələf Xəbər: Müsəlmanların sələmçilik elementindən azad banklar və müxtəlif maliyyə alətləri yaratmağa cəhd etmələri faktı, bütövlükdə, sevindiricidir. Lakin, islam bankinqi və islam maliyyələri öz inkişafının hələlik ilkin mərhələsində olduğuna görə, bu və ya digər bank ilə hər hansı maliyyə əməliyyatı aparmazdan əvvəl, insan ayrıca bu əməliyyatın mahiyyətini anlamalı, sonra isə bu bankla və ya maliyyə institutu ilə iş aparmağın halal olduğuna qəti əmin olmaq üçün islami ticarət-maliyyə münasibətləri üzrə ekspertlə məsləhətləşməlidir.
“Allah sələmi puç edir, sədəqələri isə artırır.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 276-cı ayə).

“Uca Allah xəbər verir ki, müamiləçilərin və sələmçilərin qazancını puç edəcək, xeyriyyəçilərin isə sədəqələrini artıracaq, amma çox vaxt adamlara elə gəlir ki, əslində hər şey əksinə baş verir. Çox adamlar var ki, onlar sədəqənin onları var-dövlətdən məhrum etdiyini, sələmin isə xoş güzəranlarını daha da artırdığını hesab edirlər. Zənginlik və dünya malı Uca Allahın əlindədir və onları əldə etməyə layiq olmaq ancaq halal əməllər sayəsində və Allahın hökmlərini yerinə yetirməklə mümkündür. Əgər insan sələm yeməyə cəsarət edirsə, o, hökmən cəzaya məruz qalacaqdır. Belə insanların taleyi onların gözlədiklərinin əksinə yekunlaşır ki, bunu ətrafımızda baş verən hadisələr də təsdiq edir.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 674 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN