İraqla Azərbaycanı dəmir yolu xətti birləşdirəcək
Aprel 14
15:24
2015
769 dəfə baxılıb
İraq və İran dəyəri 45 mln. ABŞ dolları olan dəmir yolu layihəsi üzərində çalışır.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İraqın nəqliyyat naziri Bəkir Cabir əz-Zubeydi iranlı həmkarları ilə görüşdən sonra bildirib.
“Biz uzunluğu 32 km olan, cənubla şimalı birləşdirəcək dəmir yolu xəttinin inşası barədə razılığa gəldik. Bundan başqa Bəsrənin Sindbad adasından Şatt-əl-Ərəb çayına kimi 700 m uzunluğunda olan dəmiryolu körpüsünün də inşasına başlayacağıq”, – deyə iraqlı nazir bildirib.
Nazirin sözlərinə görə, bu layihə İraqı başqa ölkələr, o cümlədən “Böyük İpək Yolu” vasitəsilə Çin və Azərbaycanla da birləşdirəcək.
Layihə 20 aydan sonra tamamlanacaq.
Sələf Xəbər: Müsəlmanlara bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!