İslam bankçılığı qlobal bankçılıqda böyük paya sahibdir
784 dəfə baxılıb
“Sələf Xəbər” www.saudigazette.com.sa saytına istinadən xəbər verir ki, 2019-cu ildə, Qətər, İndoneziya, Səudiyyə Ərəbistanı, Malayziya, BƏƏ və Türkiyənin (QISMUT) 1.8 trilyon dollarlıq müştərək bankçılıq sənayesi təqdim etməsi gözlənilir.
Qətər, İndoneziya, Səudiyyə Ərəbistanı, Malayziya, BƏƏ və Türkiyənin kommersiya bankları 2014-cü ildə 754 milyard dolları keçməyi müəyyən edib və onlar müştərək bankçılıq aktivlərinin 82%-ini təmsil edəcəklər. Məsələn, Malayziyada müştərək bankçılıq ənənəvi rəqiblərə nisbətən, təqribən 2 dəfə daha sürətlə inkişaf edir.
İndoneziyada, müştərək bankçılıq sektoru super-normal sürətlə inkişaf edir, Türkiyə isə 2023-cü ilə qədər 15% bazar payına sahib olmağa çalışır. EY şirkətinin Qlobal İslam Maliyyə Sistemi üzrə Sədri Aşar Nazim bildirib: “BƏƏ-də, həmçinin müştərək banklar kimi tanınan İslam bankları daxili bizneslərin təcrübəyə əsaslanan transformasiyası sayəsində gəlir artımını müşahidə edirlər. Daha güclü kapital mövqeyi də onların daxili genişlənməsinə səbəb olur. Mobil ödəmələrdə irəli sürülən təşəbbüslər bankların ənənəvi əməliyyat modellərinin müsbət şəkildə pozulmasına səbəb olur. BƏƏ-də islam banklarının müsbət performansına nəzər yetirdikdə, ölkənin İslam bankçılığı sənayesinin gələcəkdə beynəlmiləlləşməsinə stimul verəcək əsas bazarlardan birinə çevriləcəyi gözlənilir”.
BƏƏ-də şəriətə müvafiq aktivlər ilk dəfədir ki, 100 milyard dolları keçib. Ölkədə İslam bankçılığının nüfuzu hal-hazırda 21.4%-dir və qlobal bazarda 14.6% paya malikdir. BƏƏ-də bu sənaye ənənəvi bankçılıqdan 2 dəfədən də çox sürətlə inkişaf edir. 2.2 milyon müştərinin 9 əsas bazarda (Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, BƏƏ, Malayziya, İndoneziya, Türkiyə, Qatar və Oman) müxtəlif onlayn mənbələr vasitəsilə öz rəylərini bildirdiyi geniş araşdırmanın bir hissəsi kimi, EY şirkətinin BƏƏ-də sosial mətbuat vasitəsilə həyata keçirdiyi araşdırmada 55, 884 İslam bankçılığı müştərilərinin rəyləri nəzərdən keçirilib. Bankçılıq müştəriləri, əsasən müştəri xidmətlərindən məmnundurlar.
Sosial mətbuatda müsbət rəylər mənfi rəyləri 5% ötüb keçib. Bütün müsbət rəylərin yarısı müştəri xidmətləri səviyyəsi və şikayətlərə baxılması yönündə olub.
Sələf Xəbər: Müsəlmanların sələmçilik elementindən azad banklar və müxtəlif maliyyə alətləri yaratmağa cəhd etmələri faktı, bütövlükdə, sevindiricidir. Lakin islam bankları və islam maliyyələri öz inkişafının hələlik ilkin mərhələsində olduğuna görə, bu və ya digər bank ilə hər hansı maliyyə əməliyyatı aparmazdan əvvəl, insan ayrıca bu əməliyyatın mahiyyətini anlamalı, sonra isə bu bankla və ya maliyyə institutu ilə iş aparmağın halal olduğuna qəti əmin olmaq üçün islami ticarət-maliyyə münasibətləri üzrə ekspertlə məsləhətləşməlidir.