Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

“İslam Həmrəyliyi Oyunları Azərbaycana iqtisadi qazanc gətirə bilər”

May 15
19:02 2015

IV İslam Həmrəyliyi Oyunları bütün İslam dünyasının Azərbaycanı daha yaxından tanıması üçün əla fürsətdir.

“Sələf Xəbər” Avropa.info-ya istindən məlumat verir ki, bu barədə Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı biznes-forumunda iştirak edən Ər-Riyadın Ticarət-Sənaye Palatasının İdarə heyətinin üzvü Məhəmməd əl-Əclan bildirib.

O, hesab edir ki, İslam Həmrəyliyi Oyunları Azərbaycana xeyli turistin gəlməsinə səbəb olacaq: “Onlar bu ölkəni sevəcəklər. Bakıya dünən gəlmişəm, ancaq belə tezliklə qayıtmalı olduğum üçün təəssüf edirəm. Şəhərinizə və şəhər sakinlərinə heyranam”.

Əl-Əclan qeyd edib ki, istənilən idman tədbiri turistlərdən başqa, ölkənin potensialı ilə tanış olmaq üçün gələn investorları da cəlb edir: “Sonradan onlar bu və ya digər sahəyə investisiya yatıra, bu da öz növbəsində, Azərbaycana iqtisadi qazanc gətirə bilər”.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 614 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN