Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

İstehlak malları ucuzlaşıb

Avqust 19
16:47 2014

Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata əsasən, yeddi ay ərzində əhali istehlak bazarından 11.8 milyard manatlıq istehlak malları alıb və göstərilmiş xidmətlərin müqabilində 3532.4 milyon manat ödəyib.

“2013-cü ilin yanvar-iyul ayları ilə müqayisədə əmtəə dövriyyəsi 9.1 faiz artıb. 2014-cü ilin yanvar-iyul aylarında elektron ticarət dövriyyəsi vasitəsilə alıcılara 1350.0 min manatlıq qeyri-ərzaq malları və 145.6 min manatlıq ərzaq məhsulları satılıb.

İyul ayında iyun ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.0 faiz, ucuzlaşıb, xidmət tarifləri 0.2 faiz bahalaşıb. Qeyri-ərzaq mallarının qiymətləri isə dəyişməyib.

2013-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-iyul aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 1.5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0.9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3.6 faiz, xidmət tarifləri 0.4 faiz bahalaşıb”, – məlumatda deyilir.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 658 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN