Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Kapitalizm çökür, İslam modelinə keçməliyik – İqtisadçı

Avqust 07
15:58 2017

Kapitalizmin çökdüyü ərəfədə İslam iqtisadi modelini inkişaf etdirməliyik.

Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, bu sözləri pakistanlı iqtisadçı Məhəmməd Əkrəm Xan deyib.

O, İslam ölkələrinin vahid iqtisadiyatının olmadığını bildirib:

“İslam iqtisadiyatının iki əsas təməli var: Quran və hədislər. Bunların yolu ilə irəliləməliyik. Köçürmə yolu ilə tətbiq etməkdən əl çəkməliyik. Yaşadığımız problemlərin nə olduğunu anlamalıyıq. Məsələn inflasiya. 2008-ci ildə yaşanan inflasiyanın səbəbi bankların ödəniş qabiliyyəti olmayan insanlara kredit verməsi idi. Bu kimi maraqların qarşısının alınmadığı müddətcə böhran davam edəcək. Sistemə həll yolu tapmalıyıq.

İslam iqtisadiyyatının modelləri digər müsəlman olmayan ölkələrdə də tətbiq edilə bilər. Bu gün kapitalizm çökür. İqtisadi sistemlərdə ciddi problemlər yaşanır”.

Qeyd edək ki, Əkrəm Xan İslam iqtisadiyyatı sahəsinin tanınmış ekspertlərindəndir.

Onun bu yöndə 20 kitabı, 55 məqaləsi və 100-dən çox araşdırma işi var.

Sələf Xəbər: “Allah sələmi puç edir, sədəqələri isə artırır.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 276-cı ayə).

“Uca Allah xəbər verir ki, müamiləçilərin və sələmçilərin qazancını puç edəcək, xeyriyyəçilərin isə sədəqələrini artıracaq. Amma çox vaxt adamlara elə gəlir ki, əslində hər şey əksinə baş verir. Bəziləri sədəqənin onları var-dövlətdən məhrum etdiyini, sələmin isə xoş güzəranlarını daha da artırdığını hesab edirlər. Zənginlik və dünya malı Uca Allahın əlindədir və onları əldə etməyə layiq olmaq ancaq halal əməllər sayəsində və Allahın hökmlərini yerinə yetirməklə mümkündür. Əgər insan sələm yeməyə cəsarət edirsə, o, hökmən cəzaya məruz qalacaqdır. Belə insanların taleyi onların gözlədiklərinin əksinə yekunlaşır ki, bunu ətrafımızda baş verən hadisələr də təsdiq edir.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 647 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN