Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Malayziyada halal standartlar müzakirə edilib

Sentyabr 17
17:53 2014

“Sələf Xəbər”-in azstand.gov.az-a istinadən məlumatına görə, 3-9 sentyabrda Malayziyanın Putrajaya şəhərində Texniki Əməkdaşlıq Proqramı çərçivəsində “Halal standartlar və İslam ölkələri üçün uyğunluq infrastrukturu” mövzusunda təlim keçirilib.

Təlimdə “Malayziya standartlarına qısa baxış”, “Kosmetik vasitələr və şəxsi gigiyena vasitələri”, MS 1900:2014 “Şəriət qaydaları bazasında keyfiyyətin idarə edilməsi sistemləri”, MS 2400:2010 “Malların daşınmasının idarəetmə sistemləri”, MS 2424:2012 “Halal əczaçılıq – Ümumi qaydalar” standartları, Malayziyada halal sertifikatlaşdırma prosesi, sertifikatlaşdırmanın ümumi qaydaları, yoxlanılmalı olan kritik nöqtələr, xarici sertifikatlaşdırma qurumlarının tanınması, halal sertifikatlaşdırma prosesinin sxemi, auditin aparılması, sertifikatlaşdırma xərcləri, şəriət və texniki auditlərə olan tələblər və s. mövzular ətrafında müzakirələr aparılıb.

Sonra Malayziyanın “halal qida və gigiyenik vasitələr” istehsalı ilə məşğul olan iri şirkətlərin mövcud vəziyyəti, o cümlədən Malayziya Texniki Parkında Halal Test Mərkəzi ilə tanışlıq olub. Təlimdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak edib.

“Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin.”

Müqəddəs Quran, “Nəhl” surəsi, 114-cü ayə

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 648 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN