Misir və Azərbaycan arasında iqtisadi əməkdaşlıq müzakirə ediləcək
817 dəfə baxılıb
“Misir hökuməti ölkə iqtisadiyyatının bərpası üçün Azərbaycan investisiyalarına maraq göstərir. Bu maraq hökumətin rəsmi şəxsləri ilə görüşlərdə dəfələrlə ifadə olunub”. “Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bildirib.
Misir hökumətində iqtisadiyyat, infrastruktur, aqrar sektor və digər sahələrə Azərbaycanın investisiyalarının cəlb edilməsi imkanlarına baxılır.
Misir iqtisadiyyatına sərmayələrin yatırılmasına Azərbaycan tərəfi də maraq göstərir. Diplomatın sözlərinə görə, lakin bunun üçün ölkə hakimiyyətindən həmin investisiyaların, eləcə də gələcəkdə Misirdə çalışacaq Azərbaycan şirkətlərinin nümayəndələrinin təhlükəsizliyi üçün zəmanət alınması vacibdir.
Onun sözlərinə görə, Misirin yeni hökuməti tədricən öz işini qurur: “İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi planlaşdırılır. İclas zamanı gələcək əməkdaşlığın bütün aspektləri müzakirə olunacaq”.
Əməkdaşlığın perspektivli sahələrindən biri turizmdir. Bu sahədə əməkdaşlığa təkan vermək məqsədilə birbaşa aviareyslərin açılması imkanları nəzərdən keçirilir və bu məsələ hazırda gündəlikdədir.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.” (Qurani-Kərim, “Hucurat” surəsi, 13 -cü ayə)
“Rəbb xəbər verir ki, Adəmin bütün nəsilləri vahid bir mənşəyə malikdirlər. Onların hamısı bir insan nəslinə mənsubdurlar və bir kişi və bir qadından – Adəm və Həvvadan törədilmişlər. Allah onlardan çoxsaylı kişi və qadınlar yaratmış və onları yer üzündə yerləşdirərək, çoxsaylı xalqlara və azsaylı qəbilələrə çevirmişdir ki, onlar bir-birilərini tanısınlar. Bunun sayəsində insanlar bir-birilərinin hesabına çoxlu yeniliklər öyrənir, bir-birilərinə kömək edir, bir-birilərindən onlara əvvəl məlum olmayan şeyləri mənimsəyirlər. Bundan başqa, şadlıq və fəlakət anlarında bir-birilərini müdafiə edirlər”. (Bax “Təfsir Əs-Saadi”)