Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Monorelsli qatarlar Bakı tıxaclarına son qoyacaq

Noyabr 21
19:51 2014

Dünyanın əksər iri meqapolislərində monorelslə işləyən qatarlardan istifadə kifayət qədər geniş yayılıb. Qeyd edək ki, belə qatarlar yerdən 10 – 15 metr hündürdə, metal konstruksiyalar üzərində, tək xətt üzərində hərəkət edir və elektriklə işləyir. Bu gün isə bir çox ölkələrdə aparıcı nəqliyyat növü hesab olunur. Elektriklə işlədiyindən ekologiyaya ziyanı yoxdur, ən əsası səssiz işləyir. Dünyanın bir çox iri şəhərləri kimi Bakıda da monorelsli qatarların xidmətindən istifadə zəruri sayılır. Monorelsli qatarlardan istifadə ilk növbədə avtobuslardan istifadəni minimuma endirir. İkincisi fərdi avtomobillərdən istifadə edənlərin bu halda sayının azalması gözlənilir.

“Sələf Xəbər” in xezerxeber.com-a istinadən məlumatına görə, ekspert Azər Allahverənovun fikrincə, hazırki şəraitdə Bakı şəhəri üçün tramvayların bərpası daha məqbuldur: “Beynəlxalq praktikadan da görünür ki, monorelsli qatarların tətbiqi faktiki olaraq, iri şəhərlərdə tıxacın qarşısını qismən də olsa almaq gücünə malikdir. Bu gün Azərbaycanda da monorelsli qatarlarla bağlı müəyyən təkliflər səslənir. Amma bu məsələdə bir qədər reallığı da nəzərdən keçirmək gərəkdir. Reallıq ondan ibarətdir ki, Bakıda tıxacı yaradan müəyyən səbəblər var. Bu səbəblərin də bir qismi nəqliyyat vasitələrilə bağlı deyil, yol infrastrukturu ilə bağlı məsələlərdir. Onun aradan qaldırılması bütövlükdə tıxacın qismən aradan qaldırılmasına gətirib çıxara biləcək. Monorelsli qatarların istismara verilməsi daha çox iri şəhərlər üçün hazırlanmış layihələrdir. Hansı ki, yol infrastrukturu həmin yolların salınmasına və tramvayın bir qismi kimi monorelsli qatarlardan istifadə olunmasına imkan verir. Bakıda müəyyən mənada dairəvi yolda və ucqar rayonları bir-birilə əlaqələndirən nəqliyyat vasitəsi kimi monorels məsələsini nəzərdən keçirmək olar. Amma onun reallaşdırılması iqtisadi cəhətdən hansı mənfəətlər tələb edən məsələdir?

Ölkədə tramvayların qaytarılması məsələsi də gündəmdədir. Gəncədə isə tramvay artıq qayıtmaq ərəfəsindədir. Lakin düşünürəm ki, monorelsli nəqliyyatın tətbiqi iqtisadi cəhətdən bir qədər çox məsrəf tələb edən layihədir. Ən azından ona görə ki, vaxtilə ölkədə tramvay infrastrukturu ilə bağlı konkret oturuşmuş sistem və təcrübə olub. Bu gün yol infrastrukturu məhz tramvaylar üçün yararlılıq baxımından nəzərdən keçirilir. Təkrelsli nəqliyyat vasitəsinin salınması isə ilk baxışdan az məsrəfli iş kimi görünsə də, reallıqda isə heç də belə deyil. Bakı üçün ən əlverişlisi isə artıq salınmış yollarda tramvayların işə düşməsi daha məqsədəuyğundur. Bu elementlərin hamısı nəzərdən keçirilməlidir. İndi sadə və ideya olaraq monorelsli qatarlar məsələsi müsbət qarşılanır, bis sıra ölkələrdə bu var. Amma reallıqda Bakı böyüsə də, hələlik dünyanın iri şəhərləri miqyasında deyil. Həmçinin, şəhərin yol infrastrukturu elə də geniş spektrli deyil ki, bu tip layihələrin reallaşmasına əsaslar olsun. Yəni mövcud reallıq hansı şərtləri diqtə edirsə, onu nəzərdən keçirib sonrakı mərhələdə həmin layihələrin reallaşması üçün proqramlar düşünülməlidir”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bu qənaətdədir ki, rentabellik baxımından Bakıda da monorelsli qatarlardan istifadə sərfedicidir: “Monorelsli qatarlardan adətən, şəhərin müxtəlif yerlərini birləşdirmək üçün istifadə olunur. Yəni şəhərin bir başından digər hissəsinə getmək üçün istifadə olunan nəqliyyat vasitəsidir. Bu tıxacın qarşısını alır və əhaliyə tıxaca düşmədən mənzil başına daha rahat və qısa müddətə çatmağa imkan verir. Bu mənada monorelsli qatarlar tıxacın qarşısını almaq baxımından da vacibdir. Bununla bağlı qiymətləndirmə göstərir ki, sözügedən nəqliyyat növünün Bakıda tətbiq edilməsi 1 milyard dollara qədər investisiya tələb edir. Bu məbləği də mərhələli olaraq dövlət büdcəsi vasitəsilə təmin etmək olar. Layihə həm də daha mənfəətli və rentabellidir. Çünki burada sərnişin daşıma xərcləri daha ucuzdur. Ona görə də çəkilən xərc xeyli aşağıdır və deməli, birmənalı olaraq iqtisadi baxımdan da xeyirlidir. Həmin layihə reallaşarsa, Bakıda sıxlıq problemi əhəmiyyətli şəkildə azala bilər”.

 Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır.” (Müqəddəs Quran, “Ən-Nəhl” surəsi, 8-ci ayə).

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrahman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanları bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin.”

Uca Allahın Quranda məhz nəqliyyatı xatırlatması ona görədir ki, bu – Onun insanlar üçün böyük lütflərindən biridir. Hələ bundan bir az əvvəl, maşın, qatar, təyyarə və başqa nəqliyyat növlərinin ixtirasına qədər, insanlar hər hansı rahatlıq olmadan yola həftələr, hətta aylar sərf edirdi, bu gün isə biz rahat şəkildə gün ərzində dünyanın istənilən nöqtəsinə çatırıq, bu da şübhəsiz ki, Uca Allahın bir lütfüdür.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 680 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN