“Moody’s”: Azərbaycanın xarici aktivləri aşağı neft qiymətlərinə uyğunlaşmağa şərait yaradır
645 dəfə baxılıb
Azərbaycanın xarici aktivləri ölkə iqtisadiyyatını neft qiymətlərinin aşağı düşməsindən yaranan əks təsirlərdən qorumaq üçün dayaq yaradır.
“Sələf Xəbər”in “APA-Economics”ə istinadən verdiyi xəbərə görə, bu barədə “Moody’s” reytinq agentliyinin hesabatında deyilir.
Hesabatda ölkənin xarici və yerli valyutada olan dövlət istiqrazlarının “Baa3” səviyyəsində müəyyən olunub.
Agentlik qeyd edir ki, neft qiymətlərinin aşağı düşməsi “qara qızıl”dan asılı ölkə olan Azərbaycan iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir edib və tədiyyə balansına təzyiq göstərib. Buna baxmayaraq, ölkənin 2015-ci ilin sonuna 42 mlrd. dollar dəyərində olan xarici aktivləri aşağı neft qiymətlərinə uyğunlaşmağa şərait yaradır.
Sələf Xəbər: Uca Allah buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (Qurani-Kərim, “İbrahim” surəsi, 7-ci ayə)
“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir”. (Bax: “Təfsir Əs-Saadi”)