Nazir: “Bu il gəlirlərimiz artacaq”
622 dəfə baxılıb
“Hesab edirəm ki, bunun hesabına tarazlığı əldə edəcəyik”.
Neftin qiyməti durmadan enir. 2016-cı ilin dövlət büdcəsi hesablananda neftin bir barelinin qiyməti 50 dollar idi. Büdcəyə yenidən baxılanda isə bu rəqəm 25 dollar olacaq. Bu isə neft sahəsindən əldə olunan gəlirlərin azalması deməkdir. Amma ilin ikinci yarsından sonra isə neftin qiymətində artım gözlənilir.
Nəzərə alsaq ki, neftdən əldə oluanan gəlirin bir qismi xaricdən gəlir, onda vəziyyət bir az yumşalır. Büdcəyə 200 milyon manat gəlirin daxil olmasını praqnozlaşdırırıq.
“Sələf Xəbər”in Oxu.Az-a istinadən məlumatına görə, bunu ölkənin Maliyyə naziri Samir Şərifov eksklüziv müsahibəsində deyib.
“Eyni zamanda, Vergilər Nazirliyi və Gömrük Xidmətinin xətti ilə daxil olan xərclərə də yenidən baxmışıq. Çünki manatın devalvasiyası Vergilər Nazirliyində müəyyən inflyasiyalar yarada bilər. İqtisadiyyat Nazirliyində isə inflyasiyanın səviyyəsi 10-12 faiz kimi hesablanır.
Bunları nəzərə alaraq 2016-cı ilin dövlət büdcəsində gəlirlərimiz artır. Hazırda gəlirlərimiz 14,5 milyarddırsa, yeni təsdiq olunacaq büdcədə isə bu rəqəm 16,4 milyard təşkil edəcək. Dövlət Neft Fondundan isə dövlət büdcəsinə edilən transferdə isə manat baxımından çox gəlir əldə olunur. Yəni 1,2 milyard səviyyəsində. Ümumi gəlirimiz isə 1,9 milyard artacaq. Hesab edirəm ki, bunun hesabına tarazlığı əldə edəcəyik.
Xərclərə gəlincə, bu gəlirimiz qədər də artacaq. Bu il gəlirlərimizin artımı 1,9 milyarddan bir qədər aşağı olacaq. Xərclərimiz isə təxminən 2 milyarda yaxın bir səviyyədə artacaq. Bunun əsasını isə sosial yönümlü xərclər tutur. Bu zaman isə dövlət büdcəsində kəsir yaranır. Bu kəsrin aradan qaldırılması istiqamətində işlər aparılmalı və yeni maliyyə imkanları axtarılmalıdır. Biz isə artıq bunu etmişik.
2015-ci ilin dövlət büdcəsinin icrası zamanı müəyyən qənaətimiz var. Bu qənaət büdcə kəsirinin örtülməsinə yönələcək. Bunun üçün bazara müəyyən istiqrazların buraxılmasını təmin edəcəyik. Bunun hesabına da büdcədə yerdə qalan fərqi də örtəcəyik”, – deyə nazir müsahibəsində qeyd edib.
Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)”. (Qurani-Kərim, “Hud” surəsi, 6-cı ayə)
“Uca Allah yer üzündə yaşayan, istər insanlar və ya heyvanlar olsun, quruda və ya suda yaşayanlar olsun, bütün canlı məxluqlarını ruzi və maddi nemətlərlə təmin etməyi Öz öhdəsinə götürmüşdür. Onların hamısı ruzisini Allahdan alırlar. Ona məxluqlarının məskunlaşdığı və yaşadığı yerlər və həmçinin onların gedib-gəldikləri yerlər məlumdur. Onların yerdə yaşayışının bütün təfərrüatı Mühafizə olunan Lövhədə yazılmışdır. Onda səmalarda və yerdə baş verməli olacaq bütün hadisələrə aid biliklər öz əksini tapmışdır. Bütün bunlar əzəldən Allaha məlum idi və yazı qələmi ilə qeyd olunmuşdur. Allah istəmişdir ki, hər şey məhz olacağı kimi baş versin və hər bir məxluq ruzisini tam ala bilsin. Bu isə o deməkdir ki, məxluqların ürəkləri Rəbbə təvəkkül etməlidir, çünki O, onları maddi nemətlə təmin etməyi öhdəsinə götürmüş və onların barəsində hər şeyi və onların hər birinin keyfiyyətini bilir”. (Bax: “Təfsir Əs-Saadi”)