Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Nazir: “Büdcədə müvafiq düzəlişlər olunacaq”

Yanvar 20
17:15 2016

“Xərclərin təmin edilməsi üçün əlavə gəlir mənbələri tapılmalıdır”.

Azərbaycanda sosial təminatın gücləndirilməsi üçün 2016-cı ilin dövlət büdcəsində dəyişilik edilməsinə zərurət yaranıb.

“Sələf Xəbər” “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Maliyyə naziri Samir Şərifov bildirib.

Nazir deyib ki, ilkin olaraq büdcədə neftin baza qiyməti 50 dollar/barelindən götürülüb: “Həmçinin xərclərin təmin edilməsi üçün əlavə gəlir mənbələri tapılmalıdır”.

Qeyd edək ki, büdcədə neftin baza qiymətinin 30 dollar/barelə qədər azaldılması nəzərdə tutulub.

S.Şərifov bildirib ki, ilk növbədə yeni məzənnə siyasəti ilə bağlı olan müəyyən qiymət artımı ilə əlaqədar büdcənin xərclər hissəsində lazımi düzəlişlər ediləcək: “Bu artımın təsirinin əhalinin ən həssas qrupları üçün azaldılması və yumşaldılması üçün müəyyən sosial imtiyazlar verilir. Bununla əlaqədar prezident İlham Əliyevin xüsusi tapşırığı var və tapşırığa uyğun olaraq, büdcədə də müvafiq düzəlişlər olunacaq”.

Əmək haqlarının artırılması, habelə məcburi köçkünlər üçün ərzaq müavinətlərinin verilməsi ilə bağlı maliyyə təminatının yaradılması üçün zərurət yarandığını qeyd edən nazir əlavə edib ki, digər sosial müavinətlər üçün dövlət büdcəsinin xərclər hissəsində də müvafiq dəyişikliklərin edilməsinə ehtiyac var.

“Azalan gəlirlərin təmin edilməsi üçün müəyyən tədbirlər görülməlidir. Gəlir mənbələrinin artımını təmin etməliyik və bu məsələlər yeni büdcədə əksini tapmalıdır”, – deyə S.Şərifov bildirib.

Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)”. (Qurani-Kərim, “Hud” surəsi, 6-cı ayə)

“Uca Allah yer üzündə yaşayan, istər insanlar və ya heyvanlar olsun, quruda və ya suda yaşayanlar olsun, bütün canlı məxluqlarını ruzi və maddi nemətlərlə təmin etməyi Öz öhdəsinə götürmüşdür. Onların hamısı ruzisini Allahdan alırlar. Ona məxluqlarının məskunlaşdığı və yaşadığı yerlər və həmçinin onların gedib-gəldikləri yerlər məlumdur. Onların yerdə yaşayışının bütün təfərrüatı Mühafizə olunan Lövhədə yazılmışdır. Onda səmalarda və yerdə baş verməli olacaq bütün hadisələrə aid biliklər öz əksini tapmışdır. Bütün bunlar əzəldən Allaha məlum idi və yazı qələmi ilə qeyd olunmuşdur. Allah istəmişdir ki, hər şey məhz olacağı kimi baş versin və hər bir məxluq ruzisini tam ala bilsin. Bu isə o deməkdir ki, məxluqların ürəkləri Rəbbə təvəkkül etməlidir, çünki O, onları maddi nemətlə təmin etməyi öhdəsinə götürmüş və onların barəsində hər şeyi və onların hər birinin keyfiyyətini bilir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 675 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN