Nazirlikdən çörəyin bahalaşmasına reaksiya
852 dəfə baxılıb
“Sələf Xəbər” Qafqazinfo-ya istinadən İqtisadiyyat və Sənaye Nazirliyinin çörəyin bəzi çeşidlərinin qiymətinin qalxması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibətini təqdim edir.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev açıqlamasında bildirib ki, çörəyin satış qiymətinin artması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:
“İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinq zamanı çörəyin qiymətində heç bir artım qeydə almayıb. Bəzi KİV-də çörəyin qiymətinin artması ilə bağlı yayılan xəbərlər əsassızdır”.
Bundan öncə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti də öz növbəsində bildirilmişdi ki, ölkədə istənilən qədər taxıl ehtiyatı var və hər hansı qıtlıqdan, bahalaşmadan söhbət gedə bilməz.
“Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik.”Müqəddəs Quran, “Qaf” surəsi, 9-cu ayə