Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Nazirlikdən çörəyin bahalaşmasına reaksiya

Sentyabr 17
18:22 2014

“Sələf Xəbər” Qafqazinfo-ya istinadən İqtisadiyyat və Sənaye Nazirliyinin çörəyin bəzi çeşidlərinin qiymətinin qalxması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibətini təqdim edir.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev açıqlamasında bildirib ki, çörəyin satış qiymətinin artması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:

“İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinq zamanı çörəyin qiymətində heç bir artım qeydə almayıb. Bəzi KİV-də çörəyin qiymətinin artması ilə bağlı yayılan xəbərlər əsassızdır”.

Bundan öncə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti də öz növbəsində bildirilmişdi ki, ölkədə istənilən qədər taxıl ehtiyatı var və hər hansı qıtlıqdan, bahalaşmadan söhbət gedə bilməz.

“Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik.”

Müqəddəs Quran, “Qaf” surəsi, 9-cu ayə

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 594 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN