Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Neftin qiyməti bahalaşdı

Sentyabr 30
17:49 2016

Hasilatla bağlı İraqın mövqeyində dəyişiklik isə dünya bazarında neftin qiymətlərini aşağı salır.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzeriLight” markalı xam neftin bir barelinin qiyməti 3,15 dollar və yaxud 6,72% artıb.

Selefxeber.az-ın “Oxu.Az”a istinadən məlumatına görə, “AzeriLight” markalı neftin bir barelinin qiyməti 50,04 dollara bərabər olub.

“AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Bununla belə, dünya bazarında neftin qiyməti ucuzlaşıb.

Bakı vaxtı ilə saat 10:00-a olan məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,30 dollar azalaraq 47,53 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,38 dollar azalaraq 48,86 dollar olub.

APA isə “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, neftin ucuzlaşmasına İraqın OPEC-in neft hasilatının bəyan olunmuş səviyyədə dondurmaqla bağlı razılıqdan imtina edə biləcəyi ilə bağlı xəbərlər səbəb olub.

Belə ki, İraqın neft naziri Əli əl Luaibi deyib ki, rəsmi Bağdad neft hasilatına kvota tətbiq olunan zaman neft hasilatının hesablanması metodundan narazıdır. Onun sözlərinə görə, noyabr ayına qədər hesablama metodunda dəyişiklik olmasa, İraq bu razılaşmadan imtina edəcək.

Qeyd edək ki, OPEC-in Əlcəzairdə keçirilən görüşündə təşkilat ölkələri neft hasilatının 33 milyon barel səviyyəsində dondurmaqla bağlı ilkin razılığa gəliblər.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 506 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN