Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Nəqliyyat müəssisələrində aylıq əmək haqqı artıb

Avqust 18
17:10 2014

Dövlət Statistika Komitəsi AzərTAc-a cari ilin yanvar-iyun aylarında nəqliyyat müəssisələrində işləyənlərin statistikasını təqdim edib.

Verilən məlumata görə, hesabat dövründə nəqliyyat sahəsində işləyən 75,6 min muzdlu işçinin 72,7 faizi dövlət müəssisələrində, 27,3 faizi isə özəl bölmədə çalışıb. İşçilərin 51,9 faizi yerüstü və boru kəməri, 12,5 faizi su, 15,7 faizi hava nəqliyyatı, 19,9 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 3 faiz artaraq 539 manat olub. Bu göstərici hava nəqliyyatında 780 manat, dəniz nəqliyyatında 729,8 manat, avtomobil nəqliyyatında 462 manat, dəmir yolu nəqliyyatında isə 214,5 manat təşkil edib.

Əmək haqqı metro nəqliyyatında 12,8 faiz, avtomobil nəqliyyatında 10,3 faiz, dəniz nəqliyyatında 2,7 faiz, dəmir yolu nəqliyyatında isə 3,6 faiz artıb.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 647 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN