Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Nəqliyyat sektorunda vahid ödəniş sistemi tətbiq ediləcək

Mart 02
15:50 2016

“Taksiləri çıxmaq şərtilə paytaxtda bütün ictimai nəqliyyat vasitələrində ödənişi vahid kart sistemi ilə həyata keçirmək mümkün olacaq”.

Yaxın zamanlarda paytaxtın nəqliyyat sektorunda vahid ödəniş sisteminə keçiləcək.

“Sələf Xəbər” Xəzər Xəbər-ə istinadən bildirir ki, bu barədə açıqlamasında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Rauf Mirqulamov deyib.

NİİM sözçüsü qeyd edib ki, taksiləri çıxmaq şərtilə paytaxtda bütün ictimai nəqliyyat vasitələrində ödənişi vahid kart sistemi ilə həyata keçirmək mümkün olacaq: “Nağdsız ödəniş sisteminə keçilməsi yeni yaradılan Bakı Nəqliyyat Agentliyinin qarşısında duran prioritet məsələlərdən biridir. Lakin bu işi bir dəfəyə etmək mümkün olmayacaq. Vahid kart sisteminə keçid mərhələli şəkildə həyata keçiriləcək. Lakin “BakuBus”la yanaşı, çox yaxın zamanlarda artıq digər özəl fiziki və hüquqi şəxslərə məxsus bütün marşrutlar üzrə hərəkət edən bütün avtobuslarda vahid kartla ödəniş etmək mümkün olacaq”.

R.Mirqulamovun fikrincə, nağdsız ödəniş sisteminə keçid sərnişin avtobusu nəqliyyatında sürücülərlə bağlı bəzi neqativ halların aradan qalxmasına da müsbət təsir edəcək: “Belə ki, kartla ödəniş həm də sürücülərin maaş sisteminə keçidi deməkdir. Bu isə sürücülərin bir-biri ilə rəqabət aparması, eyni zamanda yollarda yersiz ötmə əməliyyatı apararaq sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının həyatı üçün təhlükə yaratması kimi halların da aradan qalxmasına gətirib çıxaracaq”.

NİİM rəsminin sözlərinə görə, vaxtı çatanda vahid ödəniş sisteminə keçidlə bağlı ictimaiyyətə geniş məlumat veriləcək.

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrahman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin”.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 648 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN