Ödəniş bildirişlərini telefonla almaq mümkündür
Oktyabr 31
15:48
2015
727 dəfə baxılıb
“Elektron hökumət” portalının mobil əlavəsi vətəndaşların işini asanlaşdırıb.
“Sələf Xəbər” bildirir ki, “Qafqazinfo”nun Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə istinadən məlumatına görə, portalın mobil əlavəsi vasitəsi ilə vətəndaşlar kommunal borcları, ipoteka ödənişləri, Dövlət Yol Polisi tərəfindən tətbiq olunan cərimələri barədə real vaxt rejimində xəbər tuta biləcəklər.
Bildirişlər hissəsində mövcud xidmətlər birbaşa “Elektron hökumət” portalına bu yaxınlarda qoşulmuş “Hökumət Ödəniş Portalı”ndan inteqrasiya edilir.
İstifadəçi sadəcə bildiriş almaq istədiyi xidmətin bildiriş funksiyasını aktivləşdirir.