Ölkəmiz fasiləsiz enerji təchizat mənbələri istehsal edəcək
Fevral 09
18:58
2015
897 dəfə baxılıb
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin PEYK zavodu respublikanın sənaye sektoru üçün fasiləsiz enerji təchizatı mənbələrinin istehsalına hazırlaşır.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bunu PEYK zavodundan deyiblər.
Söhbət sənaye müəssisələrində elektrik avadanlığının fasiləsiz və stabil işini təmin etmək və onu gərginliyin azalmalarından müdafiə etmək üçün nəzarət qurğularından gedir.
Zavoddan qeyd ediblər ki, istehsalın işə salınması dövlət sifarişi daxil olduqdan sonra gözlənilir.
Azərbaycanda bu qurğuların istehsalının tətbiqinə dair danışıqlar bir sıra Çin şirkətləri ilə aparılır. Əsas məqsəd sənaye avtomatikasının elektrik təchizatının qorunması üçün avadanlığın istehsal edilməsi və gələcəkdə ixracıdır.