Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Ölkəmizin neft hasilatı ilə bağlı qərarı

Mart 07
16:05 2016

Azərbaycan da neft ixrac edən ölkələrin təşkilatı – OPEK-in neft hasilatını artırmamaq təklifinə qoşulub.

Sələf Xəbər” Lent.az-a istinadən xəbər verir ki, bu haqda Dövlət Neft şirkətinin prezidenti Rövnəq Abdullayev açıqlama verib. SOCAR prezidentinin sözlərinə görə, artıq bu istiqamətdə addımlar atılıb.

“Açıq söyləyim ki, biz artıq bu mövqeyə qoşuluruq. 2016-cı ildə biz neft hasilatını dondurmaq yəni eyni seviyyədə saxlamaq fikrindəyik və artım layihələrini artıq saxlamışıq. Azərbaycanda neft hasilati keçən ilki seviyyədən yuxarı olmayacaq”, – deyə Rövnəq Abdullayev bildirib.

Qeyd edək ki, OPEK-ə üzv ölkələrin digər neft hasil edən dövlətlərlə növbəti görüşünün bu ayın 20-dən aprelin 1-nə qədər Moskvada keçirilməsi gözlənilir. Bu haqda Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib. Rusiya bu görüşə Azərbaycanı və Qazaxıstanı da dəvət edib. Novak hər iki ölkəni OPEK-in hasilatı dondurmağa dair təklifinə qoşulmağa çağırıb.

Ötən ay Dohada keçirilən görüşdə Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela neft hasilatını yanvar ayının minimumu səviyyəsində saxlamağa razı olub. Amma digər ölkələr bunu dəstəkləməyib. Azərbaycan da həmin vaxt hasilatı dondurmaq təşəbbüsünü dəstəkləməmişdi.

Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)”. (Qurani-Kərim, “Hud” surəsi, 6-cı ayə)

“Uca Allah yer üzündə yaşayan, istər insanlar və ya heyvanlar olsun, quruda və ya suda yaşayanlar olsun, bütün canlı məxluqlarını ruzi və maddi nemətlərlə təmin etməyi Öz öhdəsinə götürmüşdür. Onların hamısı ruzisini Allahdan alırlar. Ona məxluqlarının məskunlaşdığı və yaşadığı yerlər və həmçinin onların gedib-gəldikləri yerlər məlumdur. Onların yerdə yaşayışının bütün təfərrüatı Mühafizə olunan Lövhədə yazılmışdır. Onda səmalarda və yerdə baş verməli olacaq bütün hadisələrə aid biliklər öz əksini tapmışdır. Bütün bunlar əzəldən Allaha məlum idi və yazı qələmi ilə qeyd olunmuşdur. Allah istəmişdir ki, hər şey məhz olacağı kimi baş versin və hər bir məxluq ruzisini tam ala bilsin. Bu isə o deməkdir ki, məxluqların ürəkləri Uca Allaha təvəkkül etməlidir, çünki O, onları maddi nemətlə təmin etməyi öhdəsinə götürmüş və onların barəsində hər şeyi və onların hər birinin keyfiyyətini bilir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 612 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN