Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

OPEK: Neftin qiyməti normal səviyyədə olacaq

Mart 22
16:44 2016

“Neftin qiyməti artacaq və normal səviyyəyə çatacaq”.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bunu OPEK-in Baş katibi Abdulla Səlim Bədri deyib.

Onun sözlərinə görə, qiymətin artması deyəndə yüksək səviyyə nəzərdə tutulmur.

Qeyd edək ki, ötən gündən başlayaraq, neftin qiyməti yenidən 42 dollara yaxınlaşıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız”. (Qurani-Kərim, “Təkasur” surəsi, 8-ci ayə)

Allah-Təala, həmçinin buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (Qurani-Kərim, “İbrahim” surəsi, 7-ci ayə)

“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 465 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN