OPEK nümayəndəsi: “Neft 20-30 dollar bahalaşacaq”
711 dəfə baxılıb
“Əgər neft istehsal edən ölkələr görüşüb razılığa gələrlərsə, neftin qiyməti 20-30 dollar bahalaşacaq”.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bunu Küveytin OPEK-dəki nümayəndəsi Məhəmməd Şatti deyib.
“Bir neçə variant, o cümlədən mənfi ssenarilər var. Hər şey oyunçuların nə deyəcəyindən asılıdır. Səudiyyə Ərəbistanı, Rusiya, Qətər və Venesuelanın görüşündən sonra qiymətlər 10 dollar bahalaşdı. Neft hasil edən ölkələr çox ciddidir və yəqin ki, istehsalı azaldacaqlar. Bununla qiymətlər 20-30 dollar bahalaşacaq”, – Şatti söyləyib.
Qeyd edək ki, neft istehsal edən ölkələr arasında görüşün martın 20-dən aprelin 1-dək Rusiyada keçirilməsi gözlənilir.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə)
Uca Allah, həmçinin buyurur: “Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız”. (Qurani-Kərim, “Təkasur” surəsi, 8-ci ayə)