Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Prezident İlham Əliyev (Allah onu qorusun): “Bizim üçün Avropa bazarı ən əlverişli bazardır”

Noyabr 12
16:55 2014

“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, dünən Budapeştdə Azərbaycan-Macarıstan sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatında Azərbaycan prezidenti İlham Əliyev (Allah onu qorusun) bildirib ki, iki ölkənin enerji məsələlərində əməkdaşlığı üçün çox gözəl imkanlar var: Azərbaycan Avropa üçün yeni enerji mənbələrinin təmin edilməsində öz rolunu oynayır.”

Dövlət başçısı Azərbaycanın “Cənub” qaz dəhlizinin təşəbbüskarı olduğunu xatırladaraq, “Cənub” qaz dəhlizinin artıq icra edildiyindən şad olduğunu bildirib: “İki ay bundan əvvəl Bakıda təntənəli mərasim keçirilmişdi və biz artıq yeni qaz kəmərinin tikintisinə başlayırıq. Əslində bu, Avropanın enerji xəritəsinə yeni əlavələr edəcək. Əslində bu, enerji xəritəsi dəyişdiriləcək və Azərbaycanın çox zəngin qaz resursları Avropa bazarına nəql ediləcək. Bizim “Cənub” qaz dəhlizi ilə bağlı konkret iş qrafikimiz var. Əminəm ki, Azərbaycan qazı Avropaya vaxtında – 2018-2019-cu illərdə nəql ediləcək”.

Azərbaycan prezidenti burada əlaqələndirmə işlərinin yüksək səviyyədə aparılmalı olduğunu qeyd edib: “Həm ikitərəfli formatda, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasındakı məsələlər də öz həllini tapmalıdır. Çünki biz istəyirik ki, bu layihəni vaxtında icra edək. Çünki bu, həm bizə, həm də Avropaya lazımdır. Bu, Avropa üçün yeni, alternativ bir qaz mənbəyi olacaq. Bizim üçün isə Avropa bazarı ən əlverişli bazardır. Yəni, burada bizim maraqlarımız birləşir”.

Eyni zamanda, tranzit, istehlakçı ölkələrin və Azərbaycanının maraqlarının da burada üst-üstə düşdüyünü vurğulayan dövlət başçısı yaxın vaxtlarda bu məsələ ilə bağlı Macarıstan-Azərbaycan ikitərəfli formatında danışıqların başlanacağına dair qərar verildiyini qeyd edib: “Əminəm ki, bu danışıqların gözəl nəticələri olacaq. Çünki biz istəyirik ki, çox böyük qaz resurslarımız Avropa ölkələrinə maksimum dərəcədə nəql edilsin. Əlbəttə, burada böyük investisiyadan söhbət gedir. Bu investisiyanın böyük hissəsini Azərbaycan öz üzərinə götürüb”.

““Cənub” qaz dəhlizinin ilkin hesablamaları belədir ki, minimum 45 milyard dollar sərmayə qoyulmalıdır. Əlbəttə, bu gün dünyada və Avropada, bizim bölgədə davam edən iqtisadi və maliyyə böhranı hələ ki, başa çatmayıb. Bu şəraitdə bu qədər vəsaitin qoyulması əlbəttə, bizim ciddi niyyətimizi və siyasi iradəmizi əks etdirir”, deyə prezident İlham Əliyev qeyd edib.

Humanitar sahənin də çox böyük önəm daşıdığını bildirən dövlət başçısı Macarıstanın azərbaycanlı tələbələr üçün 200 təqaüd ayırdığına görə baş nazir Viktor Orbana minnətdarlığını bildirib: “Macarıstan tərəfi bu təqaüdlərin təminatını təşkil edəcək. Bu, bizə böyük dəstəkdir və bizə olan hörmətin əlamətidir”.

“Əlbəttə, biz çox istəyirik ki, Macarıstan ali məktəbləri Azərbaycanda filiallarını açsınlar. Bu məsələ də dünən və bu gün müzakirə edildi. Əminəm ki, biz birgə səylərlə buna da nail olacağıq. Digər məsələlər – turizm, aviareyslərin təşkili, bütün bunlar bizi daha da sıx birləşdirəcək. Ancaq bir daha demək istəyirəm ki, əlaqələrimizin təməlində güclü siyasi iradə var və hər iki tərəf bu iradəni göstərir. Əminəm ki, gələcəkdə biz daha da gözəl işlər görəcəyik”, deyə dövlət başçısı əlavə edib.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3020. 613 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN