Prezident İlham Əliyev (Allah onu qorusun) Qəbələ rayonu üçün 2 milyon manat ayırıb
904 dəfə baxılıb
“Sələf Xəbər”-in AzərTAc-a istinadən verdiyi xəbərə görə, Prezident İlham Əliyev (Allah onu qorusun) Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Qəbələ rayonu üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılması haqqında sərəncam imzalayıb.
Maliyyə Nazirliyi sərəncam üzrə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcəkdir.
Xatırladaq ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları çərçivəsində Qəbələ rayonunun sosial-iqtisadi inkişafında köklü dəyişikliklər baş verib: ən müasir tələblərə cavab verən Beynəlxalq Hava Limanı, Müalicə Diaqnostika Mərkəzi, Heydər Əliyev Konqres Mərkəzi inşa edilib.
Rayonun Tarix Diyarşünaslıq Muzeyi əsaslı təmir olunub, sosial yönümlü, o cümlədən yeni turizm, mədəniyyət və təhsil obyektləri istifadəyə verilib, iri sənaye müəssisələri yaradılıb. Eyni zamanda Qəbələdə 13 mindən çox yeni iş yeri açılıb.