Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Prezident İlham Əliyevdən (Allah onu qorusun) Avropa İttifaqı xahiş edib

Dekabr 15
13:06 2014

Bu xahiş Rusiya prezidentinin “Cənub axını” qaz kəmərinin tikintisini dayandırmaq və eyni buraxılış gücünə malik yeni kəməri Türkiyəyə istiqamətləndirmək barədə qərarından sonra edilib.

Ötən həftə Azərbaycan prezidenti İlham Əliyev (Allah onu qorusun), Türkiyənin energetika naziri Taner Yıldız və Avropa İttifaqının energetika üzrə yeni komissarı Maroş Şefçoviç arasında sensasion enerji razılaşması əldə olunub.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, Almaniyanın “Der Spiegel” jurnalı tərəflərin TANAP qaz kəmərinin buraxılış gücünün 20 milyard kubmetr artırılmasını razılaşdırıblar.

Məlumata görə, TANAP-ın buraxılış gücünün artırılmasını Azərbaycan prezidentindən Avropa İttifaqı (Aİ) xahiş edib.
Rusiyanın Türkiyəyə çəkməyi planlaşdırdığı yeni qaz kəməri Yunanıstan üzərindən Avropanın cənubuna çıxmalıdır. TANAP-la nəql olunan Azərbaycan qazı da eyni marşrutla Avropanın cənubuna çıxacaq.

TANAP kəməri ilə ildə 16 milyard kubmetr “Şahdəniz” qazının nəqli nəzərdə tutulmuşdu. Bu həcmin 6 milyard kubmetri daxili tələbatı ödəmək üçün Türkiyədə qalacaq, qalan 10 milyard kubmetri TAP kəməri ilə Avropaya nəql olunacaq. Gələcəkdə kəmərin nəql gücü 31 milyard kubmetrə çatdırılmalıdır.

Aİ-nin enerji komissarı M.Şefçoviç “Der Spiegel”ə açıqlamasında razılaşmanı təsdiqləyərək deyib ki, TANAP-ın nəql gücünün artırılması üçün texniki zəmin var. Onun sözlərinə görə, layihənin bütün tərəfdaşları bununla razıdır ki, kəmər 2019-cu ildə istifadəyə verilməlidir.

Beləliklə, TANAP-ın 2019-cu ildə əvvəlcə planlaşdırıldığı kimi, 16 milyard kubmetr nəql gücü ilə deyil, 20 milyard kubmetr nəql gücü ilə işə düşəcəyi bəlli olur. Bu isə layihəyə yatırılacaq investisiyanın da həcminin artması deməkdir.
Rusiyanın “Cənub axını”nı dayandırması Avrasiya regionunda bütün enerji kartlarını qarışdırıb və Avropa İttifaqında çaşqınlıq yaradıb. Əslində kəmərin tikintisini Aİ əngəlləyirdi, ancaq Brüssel üçün Putinin qərarı gözlənilməz olub.

“Sizə verilən nemətlərin hamısı Allahdandır”.

Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 648 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN