Pulsuz verilən dərmanların sayı artdı
Noyabr 05
17:38
2014
860 dəfə baxılıb
“Sələf Xəbər” Qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycanda stasionar tibb müəssisələrində xəstələrə pulsuz verilməli olan dərmanların sayı artırılıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, stasionar şəraitdə istifadə olunan ən vacib dərman preparatları və tibbi ləvazimatların siyahısı getdikcə artırılır.
Bundan əvvəl bu siyahıda 166 dərman preparatı və tibbi ləvazimatın adı qeyd edilmişdisə, artıq onların sayı 180-ni ötüb.
Yeni siyahı əsasında artıq stasionar tibb müəssisələrində müalicə olunan xəstələr 180-dən çox adda dərman preparatı və tibbi ləvazimatla pulsuz təmin olunmalıdırlar.