Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Qərb ölkələrində satılan əksər ərzaqların istehsalçısı olan 10 şirkət

İyul 14
11:00 2014

“Business Insider” xəbər verir ki, Oxfam International təşkilatı, Qərb ölkələrində yaşayan insanların mağazalardan aldığı az qala bütün ərzaqları istehsal edən bir qrup korporasiyaları əks etdirən qrafik şəkil işləyib-hazırlayıb.

Şəklin mərkəzində dünyanın ən güclü qida və içki şirkətləri cəmlənib: Coca-Cola, PepsiCo, Unilever, Danone, Mars, Mondelez International, Kellogg’s, General Mills, Nestle və Associated British Foods. Oksfam bu şirkətləri “Böyük 10-luq” adlandırır və qeyri-kommersiya təşkilatının “Brendlərin arxasında” kampaniyasına həsr olunmuş internet səhifəsində onların ətraf mühitə dəyən təsiri barədə göstəricilər yerləşdirib.

Kampaniya, şirkətlərin ətraf mühitə münasibətdə və sosial cəhətdən daha düşüncəli olması üçün onları maarifləndirmək məqsədi daşıyır.Oksfamın ən son hesabatlarına əsasən, “Böyük 10-luq” 2013-cü ildə atmosferə 263.7 milyon ton istixana qazı emissiyaları buraxıb və əgər bu şirkətlər birlikdə bir ölkəni təmsil etsəydi, bu ölkə, dünyanı ən çox çirkləndirən 25-ci ölkə olardı.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 656 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN