Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Regional elektrik şəbəkələri ləğv edildi

Mart 15
17:54 2016

Nazirlər Kabineti qərar qəbul edib.

Nazirlər Kabineti “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişikliklər edib.

“Sələf Xəbər” Xəzər Xəbərə istinadən bildirir ki, dəyişikliklər regional elektrik şəbəkələri ləğv edilməsi ilə əlaqədardır.

Beləliklə, “Abşeron Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvəzində Bakı Regional Enerji Təchizatı və Satışı İdarəsi (Bakı) – Bakı şəhərinin enerji təchizatı və satışı idarələri, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsi və Qobustan Rayon Elektrik Şəbəkəsi, “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvəzində Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi (Sumqayıt) – Sumqayıt, Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayon elektrik şəbəkələri, “Şirvan Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvəzində “Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şirvan) – Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Yardımlı, Lerik və Astara rayon elektrik şəbəkələri, “Gəncə Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvəzində “Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (Gəncə) – Gəncə, Göygöl, Samux, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Qazax və Ağstafa rayon elektrik şəbəkələri, Mingəçevir Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvəzində “Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (Mingəçevir) – Mingəçevir, Goranboy, Naftalan, Tərtər, Bərdə, Yevlax, Ağdaş, Ucar, Göyçay və Ağsu rayon elektrik şəbəkələri, “İmişli Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvəzində Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (İmişli) – İmişli, Beyləqan,Füzuli, Ağcabədi, Ağdam, Zərdab, Kürdəmir, Sabirabad və Saatlı rayon elektrik şəbəkələri, Şəki Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvəzində “Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (Qəbələ) – Qəbələ, Şamaxı, İsmayıllı, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon elektrik şəbəkələri yaradılıb.

Eyni zamanda “Sumqayıt Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Xaçmaz Regional Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 671 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN