Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Riyadda Səudiyyə Ərəbistanı-Azərbaycan biznes forumu keçiriləcək

Noyabr 07
17:50 2015

Azərbaycan nümayəndə heyətinin üzvləri yeni tərəfdaşlar tapmaq və işgüzar əlaqələr qurmaq imkanı əldə edəcəklər.

Cari ilin 7-9 dekabr tarixlərində Səudiyyə Ərəbistanının ər-Riyad şəhərində Səudiyyə Ərəbistanı-Azərbaycan biznes forumu keçiriləcək.

“Sələf Xəbər” “Report”a istinadən bildirir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPromo) verdiyi xəbərə görə, forumda iştirak etmək üçün Azərbaycanın biznes nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri planlaşdırılır.

Biznes forumda hər iki ölkədən rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur. Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə yeni tərəfdaşlar tapmaq və işgüzar əlaqələr qurmaq imkanı əldə edəcəklər.

Sələf Xəbər: Müsəlmanlara bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 648 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN