Rusiya Azərbaycanla sərhəddə xüsusu nəzarət edəcək
779 dəfə baxılıb
“Qanun pozuntusu ilə mübarizə aparılacaq”.
Rusiya istisna etmir ki, Türkiyədən idxalı qadağan olunmuş ərzaq məhsulları Azərbaycan vasitəsilə bu ölkəyə daşına bilər və bununla əlaqədar olaraq, sərhəddəki vəziyyəti izləyəcək.
“Sələf Xəbər”in Oxu.Az-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Baş nazirinin müavini Arkadi Dvorkoviç məlumat verib.
“Yəqin Türkiyədən məhsulları Azərbaycandan keçib gətirməyə çalışacaqlar. Vəziyyətə baxacağıq, nəzarətdə saxlayacağıq və qanun pozuntusu ilə mübarizə aparmağa davam edəcəyik”, – deyə Dvorkoviç “Rusiya 24” telekanalına verdiyi müsahibəsində bildirib.
Qeyd edək ki, Rusiya 2016-cı ilin 1 yanvar tarixindən Türkiyədən bir sıra məhsulların gətirilməsinə qadağa qoyur.
Sələf Xəbər: Uca Allah buyurur: “Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!”– deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz (möminlərə) ancaq istehza edirik!”– deyirlər. Allah da onlara istehza edər və azğınlıqlarını (o qədər) artırar ki, sərgərdan gəzərlər”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 14,15-ci ayə)
“Zalımcasına edilən hiyləgərlik ancaq buna layiq olana zərər gətirər. Münafiqlər möminləri ələ salırlarsa, Allah bunun əvəzində onların özünü gülünc vəziyyətə salır. Allah bu dünyada onların bəd əməllərini onların özü üçün bəzəkli göstərir. O, möminlərə onları cəzalandırmaq üçün imkan vermir və onlar da elə zənn edirlər ki, həmişə möminlərlə birlikdə olacaqlar. O, onların zalımlıqlarını çoxaldır və onları şərəfsizliyin və imansızlığın burulğanında kor-koranə dolaşmağa məhkum edir. Qiyamət günü başlandıqda isə Allah onlara işıq bəxş edəcək. Amma möminlərin işığı onların yolunu axıradək nurlandıracağı halda, münafiqlərin işığı sönəcəkdir və onlar, yolun bir hissəsini aydınlıqla gedib sonradan qaranlıqlar içində qaldıqlarına görə olmazın əzabını çəkəcəklər. Hədsiz ümid bəslədikdən sonra, onu itirib məyus qalmaqdan pis daha nə ola bilər?
Uca Allah buyurur: “O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: “Bir az gözləyin ki, biz də sizin işığınızdan alaq” – deyəcəklər. Onlara deyiləcəkdir: “Geriyə qayıdıb işıq axtarın!” Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcəkdir. Münafiqlər onları haraylayıb deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?” Möminlər deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü aldadırdınız, möminlərə bəla üz verməsini gözləyirdiniz, haqqa şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan şeytan Allah barəsində sizi yaman aldatdı. Bu gün nə sizdən, nə də kafirlərdən heç bir fidyə qəbul olunmaz. Sığınacağınız yer də oddur. Sizə layiq olan elə odur. Ora nə pis dönüş yeridir!” (Qurani-Kərim, “Hədid” surəsi, 13-15-ci ayələr) (Bax: “Təfsir Əs-Saadi”)