Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Rusiya ilə birgə təyyarə istehsalı Azərbaycana nə verəcək?

Avqust 22
16:27 2016

“Rusiya ilə birgə təyyarə hazırlanması Azərbaycan üçün tamamilə yeni başlanğıc olacaq”.

Selefxeber.az-ın məlumatına görə bunu “Report”a açıqlamasında “MAKS” Beynəlxalq Aviakosmik salonunun prezidenti Maqomed Talboyev rusiyalı mütəxəssislərlə birgə Azərbaycanda mümkün təyyarə tikintisi məsələsini şərh edərkən deyib.

“Buna qədər Rusiya təyyarələri bir qayda olaraq Rusiya ərazisində hazırlanıb və əgər Azərbaycanla birgə təyyarə inşası barədə razılıq əldə olunubsa, bu, ölkəniz üçün tamamilə yeni başlanğıcdır”, – deyə M.Talboyev bildirib.

“MAKS” prezidentinin sözlərinə görə, müştərək istehsal hərbi təyyarə də ola bilər, çünki son vaxtlar hər iki ölkənin yüksək səviyyəli rəsmilərinin görüşləri intensivləşib. Bununla belə, o, söhbətin daha çox mülki aviasiya və xüsusi uçuş vasitələrindən getdiyini güman edir.

M.Talboyev aerokosmik sənayenin Azərbaycan üçün yeni sahə olduğunu söyləyib: “Bildiyim qədərilə Azərbaycanda yalnız pilotsuz uçan aparatlar istehsal olunur. Ona görə də baş tutacağı halda bu sahə yenilik olacaq”.

“Hazırda özəl, kiçikölçülü təyyarələr üçün tələbat artır. Belə təyyarələr Rusiyada bir neçə təcrübəli konstruktor bürolar tərəfindən hazırlanır. O cümlədən Nijni Novqorod aviatikinti zavodu ilə əməkdaşlıq mümkündür. Xüsusi aviatexnikaya gəlincə, G.M.Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksini qeyd etmək olar. Bu zavodda perspektivli amfibiya-təyyarələr istehsal olunur. Bir neçə il əvvəl Azərbaycan Fövqəladə Hallar Nazirliyi bu təyyarələrdən birini almışdı. Yaxşı və lazımi texnikadır”, – deyə “MAKS” prezidenti bildirib.

O, Rusiyanın aviasiya sənayesində demək olar istənilən layihəni həyata keçirmək üçün böyük gücünün olduğunu vurğulayıb.

“Bütün bunları görmək üçün mütləq Azərbaycanın səlahiyyətli şəxsləri gəlməlidir”, – deyə M.Talboyev qeyd edib.
Onun sözlərinə görə, aviakosmik aparatların tikintisi baxımından hələ də Azərbaycanda sovetlər dövründən nələrin qaldığı məlum deyil.

“Əvvəllər Azərbaycanda müxtəlif konstruktor büroları var idi. İndi isə onların fəaliyyəti barədə heç bir informasiya yoxdur”, – deyə salonun prezidenti bildirib.

O, Azərbaycanın böyük aviakosmik salonlarda, o cümlədən “MAKS”da olmamasının ölkədə bu sahənin inkişafını əngəllədiyini dilə gətirib.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 465 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN