Rusiyada ilk İslam bankı bu ay açılır
Mart 24
17:23
2016
797 dəfə baxılıb
Yeni bankın hədəfi İslam ölkələrindən investisiyaların Rusiyaya cəlb olunmasıdır.
Rusiyanın İslam bankçılığı qaydası ilə fəaliyyət göstərəcək ilk bankı bu ay açılacaq.
“Sələf Xəbər”in “Report”a istinadən verdiyi xəbərə görə, Tatarıstanın paytaxtı Kazanda açılacaq yeni bank “Tatagroprombank”ın alt qurumu olaraq Rusiyanın İslam maliyyə prinsipləri ilə fəaliyyət göstərəcək.
İslam İnkişaf Bankı ilə iş birliyi razılaşması da imzalayacaq bankın açılması ilə Rusiyaya İslam ölkələrindən investisiyaların cəlb olunması hədəflənir.
Qeyd edək ki, cari ilin yanvar ayında Rusiya parlamentindən keçən qərarla ölkədə dini maliyyə qurumlarının fəaliyyəti sərbəst buraxılıb.
Sələf Xəbər: Müsəlmanların sələmçilik elementindən azad banklar və müxtəlif maliyyə alətləri yaratmağa cəhd etmələri faktı, bütövlükdə, sevindiricidir. Lakin İslam bankinqi və İslam maliyyələri öz inkişafının hələlik ilkin mərhələsində olduğuna görə, bu və ya digər bank ilə hər hansı maliyyə əməliyyatı aparmazdan əvvəl, insan ayrıca bu əməliyyatın mahiyyətini anlamalı, sonra isə bu bankla və ya maliyyə institutu ilə iş aparmağın halal olduğuna qəti əmin olmaq üçün İslami ticarət-maliyyə münasibətləri üzrə ekspertlə məsləhətləşməlidir.